Məşhur yunandan üsyan: Ay cahillər, Türkiyəni savaşda yenəcəyinizə necə inana bilərsiniz?

Məşhur yunandan üsyan: Ay cahillər, Türkiyəni savaşda yenəcəyinizə necə inana bilərsiniz?
12.06.2026 12:05

“Türkiyəyə qarşı müharibə elan edib, bu müharibədə qalib gələcəyimizə inanan cahillər çoxdur”.

TodayPress TV xəbər verir ki, bunu Güney Kiprdə yaşayan sosial elmlər üzrə yazıçı Giorgos Koumoullis deyib.

O, bir çox kiprli rumun keyfiyyətli təhsildən məhrum olduğu üçün cahil qaldığını vurğulayıb.

Baş yepiskop və irqçi ELAM kimi digər mühafizəkar qüvvələrin kiprli türkləri azlıq statusuna salmaq üçün vahid dövlət tələb etdiyini qeyd edən yazar, “Bunun mənası müharibədir” deyib.

“Aşırı sağçı cahillər, Rum ordusunu ən müasir silahlarla gücləndirsək, Şimali Kipri Türkiyədən azad edə biləcəyimizi düşünürlər. Türk ordusunun dünyanın ən güclü ordularından biri olması və NATO-nun ikinci böyük ordusu olması onlar üçün əhəmiyyətsiz detal sayılır”, – deyə Koumoullis ironiya ilə əlavə edib.

Yazar ironik şəkildə davam edərək bildirib: “Kim bilir, bəlkə də ELAMçılar nüvə silahına malikdirlər və Türkiyəyə “torpaqlarımızı boşaldın, yoxsa bütün ölkənizi radioaktiv toza çevirərik” ultimatumu verəcəklər”.

Koumoullis vurğulayıb ki, bir çox kiprli rum keyfiyyətli təhsil almadığı üçün dəstəklədiyi partiyanın həqiqi niyyətlərini və nəticələrini görmür. ELAM Kipr probleminə həll olaraq unitar dövləti müdafiə edir. İndiki ikitoplumlu dövləti ləğv edib kiprli türkləri icma statusundan azlıq statusuna endirmək istəyir.

“Bir insan – bir səs” prinsipi ilə rumların hər zaman üstün olmasını hədəfləyən bu yanaşmanın nəticədə müharibəyə aparacağını bildirən Koumoullis, ELAM seçicilərinin cahilliyinin onları öz arzu və maraqlarına zidd mövqeləri dəstəkləməyə məcbur etdiyini qeyd edib.

Qeyd edək ki, o, bu fikirləri GKRY-də (Güney Kıbrıs) son həftələrdə əhəmiyyətli dərəcədə qızışan hərbi gərginlik fonunda səsləndirib. Əsas tətikləyici hadisə iyunun 8-də Fransa ilə GKRY arasında imzalanan “Kuvvetlərin Statusu Sazişi” (SOFA) oldu. Bu saziş Fransa qoşunlarının Kiprdə yerləşməsinə, birgə təlimlərə və hərbi əməkdaşlığa hüquqi baza yaradır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə münasibət bildirərək deyib: “İndi Aralıq dənizində, xüsusilə də Kıbrıs adasında fitnə ocağı yandırmaq cəhdi görürük və hadisələri çox yaxından izləyirik. Heç kim macəra arxasınca qaçmasın. Əgər Cənub Aralıq dənizində Türkiyənin və Kıbrıs türkünün hüquq və qanunlarına qəsd edilərsə, bilin ki, cavabımız çox net olacaq, çox da sərt olacaq.”

Bu bəyanatdan sonra Türkiyə Müdafiə Nazirliyi də sazişi “1960 sazişlərinin pozulması və beynəlxalq hüquqa zidd” adlandırıb və “Türk Silahlı Qüvvələri Kıbrıs türkünün təhlükəsizliyinə qarşı hər hansı düşmən hərəkətə ən sərt cavabı verməyə qadir və qətiyyətlidir” deyə xəbərdarlıq edib.

Jalə Rövşən

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər