Melaniya Tramp BMT TŞ-nin iclasına sədrlik edəcək

Melaniya Tramp BMT TŞ-nin iclasına sədrlik edəcək
27.02.2026 07:40

ABŞ-nin birinci xanımı Melaniya Tramp martın 2-də BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasına sədrlik edəcək.

TodayPress TV xəbər verir ki, bu, ABŞ-nin Şuraya rotasiya qaydasında sədrliyi çərçivəsində baş tutacaq və tarixdə ilk dəfə olacaq.

İclas BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək və "Münaqişə şəraitində uşaqlar, texnologiya və təhsil" mövzusuna həsr olunacaq. Tədbirdə Şura üzvləri və beynəlxalq tərəfdaşlarla yanaşı, ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts da iştirak edəcək.

Birinci xanımın ofisinin yaydığı bəyanatda bildirilib ki, sessiyanın məqsədi təhsilin tolerantlığın və dünya sülhünün təşviqində rolunu vurğulamaqdır. Qeyd olunub ki, Melaniya Trampın rəhbərliyi ilə keçiriləcək iclas Təhlükəsizlik Şurasında təhsil, texnologiya, sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından tarixi əhəmiyyət daşıyır.

BMT baş katibinin sözçüsü Stefan Dujarrik məsələ ilə bağlı jurnalistlərə bildirib ki, təşkilatın tarixində ABŞ-nın birinci xanımının TŞ-də çıxışı ilk dəfə baş tutacaq: "Qeydlərimizə görə təsdiq edə bilərəm ki, indiyədək nə ABŞ-nin birinci xanımı, nə də Prezidenti TŞ-nın iclasına sədrlik edib. Bununla belə, əvvəlki dövrlərdə birinci xanımlar Şuranın üzvü olmayan ölkələr adından iclaslara qatılıblar".

O əlavə edib ki, iclas zamanı baş katib adından brifinqi BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarolo təqdim edəcək.

Sözçünün sözlərinə görə, Melaniya Trampın təşəbbüsü onun münaqişələrdən zərər çəkmiş uşaqlarla bağlı fəaliyyəti ilə üst-üstə düşür. O, xüsusilə Rusiya-Ukrayna münaqişəsi zamanı ailələrindən ayrı düşmüş uşaqların valideynlərinə qaytarılması təşəbbüslər ilə çıxış edib və bir neçə ukraynalı, eləcə də bir rusiyalı uşağın ailəsinə qaytarıldığını açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
"DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 Bütün Xəbərlər