Makron: "İranda hakimiyyətin zorla dəyişdirilməsi strateji səhvdir"

Makron: "İranda hakimiyyətin zorla dəyişdirilməsi strateji səhvdir"
17.06.2025 12:25

Fransa prezidenti Emmanuel Makron bildirib ki, İranda hakimiyyəti kənardan zorla dəyişmək cəhdi strateji səhv olar. 

TodayPress TV xəbər verir ki, o, bu fikrini Kanadada keçirilən G7 sammiti çərçivəsində səsləndirib. 

Makronun sözlərinə görə, bir ölkəyə xaricdən hərbi müdaxilə və ya zorla təsir etməklə onu xilas etmək mümkün deyil və bu cür düşüncə tarixi təcrübəyə ziddir.

Fransa lideri İsrail və İran arasında davam edən hərbi münaqişəyə toxunaraq hər iki tərəfi enerji infrastrukturu, inzibati obyektlər və mülki şəxsləri hədəf alan hücumlardan çəkinməyə çağırıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə hücum edib. İran isə cavab olaraq İsrailə raketlər atıb. Hazırda İran və İsrail arasında qarşılıqlı zərbələr davam edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər