Lvov partlayışları “terror aktı” kimi qiymətləndirilir

Lvov  partlayışları “terror aktı” kimi qiymətləndirilir
22.02.2026 09:30

Bazar günü səhər Ukraynanın qərbində yerləşən Lvov şəhərində baş verən partlayışlar nəticəsində ölüm hadisəsi qeydə alınıb, onlarla insan yaralanıb. Rəsmilər hadisəni “terror aktı” kimi qiymətləndiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə CNN mənnələrə istinadən məlumat yayıb.

Lvov vilayət prokurorluğunun məlumatına görə, partlayışlar polis əməkdaşları məlumat əsasında hadisə yerinə gedərkən baş verib.

Bildirilib ki, ilk partlayış polis əməkdaşları hadisə yerinə çatdıqdan sonra baş verib, ikinci partlayış isə əlavə polis briqadası gəldikdən sonra qeydə alınıb.

Hücum nəticəsində 23 yaşlı qadın polis əməkdaşı həlak olub. Prokurorluğun məlumatına əsasən, patrul avtomobili və mülki nəqliyyat vasitəsi də zədələnib.

Lvov vilayət prokurorluğu “ağır nəticələrə səbəb olan terror aktı” faktı üzrə istintaqa başladığını açıqlayıb, lakin hadisənin dəqiq şəraitinin hələlik aydın olmadığını bildirib.

Lvovun meri Andriy Sadovıy Facebook-da paylaşımında “Bu, şübhəsiz ki, terror aktıdır” deyə yazıb.

Hücumun kim tərəfindən törədildiyi barədə hələlik rəsmi məlumat verilməyib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər