Kirkin qətlində istifadə edildiyi iddia edilən qətl silahı müəyyənləşdi

Kirkin qətlində istifadə edildiyi iddia edilən qətl silahı müəyyənləşdi
20.09.2025 16:45

Amerikalı mühafizəkar fəal Çarli Kirk, ilkin məlumatlara görə, 19-cu əsrdə hazırlanmış alman “Mauser 98” tüfəngi ilə öldürülüb. 

TodayPress TV xəbər verir ki, bu barədə “NBC” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Prokurorlar ələ keçirilən silahın “Mauser Model 98” olduğunu müəyyən ediblər”, - deyə məlumatda bildirilir.

Nəşr bildirir ki, silah  ABŞ-də seriya nömrələri kimi silahlarda məcburi identifikasiya olunmağa başlamazdan əvvəl də ölkəyə idxal edilmiş ola bilər. 

Polis şübhəli Tayler Robinsonun ailəsi vasitəsilə tüfəngin markasını müəyyən edə bilib.

NBC telekanalının məlumatına görə, tüfəng əvvəllər şübhəlinin babasına məxsus olub. Mütəxəssislər ABŞ-də sistemdə qeydiyyatdan keçməmiş milyonlarla oxşar silahın olmasından narahat olduqlarını bildiriblər. Hüquq-mühafizə orqanları cinayətkarların məhz belə silahları əldə etməyə cəhd edə biləcəyindən ehtiyat edirlər.

Qeyd edək ki, bundan əvvəl “The Washington Post” kəşfiyyat məlumatlarına istinadən ABŞ-də fəal Çarli Kirk üçün planlaşdırılan anım mərasimi yerində əlində silah olan şəxs saxlanıldığını xəbər vermişdi.

Xatırladaq ki, Kirkə sui-qəsd sentyabrın 10-da baş verib. Həmin gün fəal Yuta ştatında universitetin kampusunda çıxış edirdi. Hadisə zamanı o, təxminən 180 metr məsafədən vurularaq boyun nahiyəsindən zərbə alıb. O, xəstəxanaya çatdırılsa da, sağ qala bilməyib.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 CENTCOM neçə İran gəmisinin istiqamətini dəyişib? 00:36 Suriya hava qüvvələrini bərpa edir, İsrailin narahatlığı artır 01:32 NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı 00:27 UEFA Superkubokunun qalibi müəyyənləşdi! 00:59 ABŞ-nin illərlə İraqda davam edən mövcudluğuna SON QOYULUR 00:51 Kerolayn Livitt Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılır? 00:22 İlin ikinci Günəş tutulması başa çatıb 20:26 İranda SEPAH zabiti GÜLLƏLƏNDİ 23:37 32 ölkədən Tehrana təzyiq - Etirazçıların edamı pislənildi! 23:24 Lukaku “Fənərbağça”da! – 2 illik müqavilə imzalayacaq 23:09 Sabah bu iki qəsəbədə qaz OLMAYACAQ 23:01 "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş insidentin GÖRÜNTÜLƏRİ - VİDEO 22:52 Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər 22:41 Polşa və Rumıniyadakı dron insidentləri ilə bağlı NATO Rusiyanı ittiham etdi 22:34 Əkrəm İmamoğlu CHP-dən istefa verdi 22:18 AzTV-nin əməkdaşı faciəvi şəkildə vəfat etdi 22:09 Bakıda avtobusda yanğın baş verdi - VİDEO 21:58 "Onların pulu yoxdur" - Tramp İrandakı vəziyyətdən danışdı 21:49 Ukrayna Rusiyanın dörd hərbi gəmisini VURDU 21:40 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi 21:34 "Bu, İrana vurulan zərbədir" – SEPAH komandanı İraqı fikrindən daşındırmağa çalışır 21:20 Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olundu - YENİLƏNDİ 18:57 “İmişli” Ayxan Abbaszadəni heyətinə qatdı! 20:53 Qəzzaya bir həftə sonra ilk hava zərbəsi – Ölənlər və yaralananlar var 20:43 Bütün Xəbərlər