Kim Çen In "Ballistik" raketləri izlədi

Kim Çen In "Ballistik" raketləri izlədi
20.04.2026 08:59

Aprelin 19-da KXDR-in Baş Raket İdarəsi modifikasiya edilmiş Hvasongpo-11ra taktiki yer-yer ballistik raketlərinin döyüş başlığının gücünü qiymətləndirmək məqsədilə sınaq buraxılışı həyata keçirib.

TodayPress TV xəbər verir ki,"KCNA" xəbər agentliyinin məlumatına əsasən, buraxılışı KXDR Dövlət İşləri üzrə Sədri Kim Çen In, Partiya Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Çen Sık, Ordu generalı Canq Çanq Ha, Baş Raket İdarəsinin rəisi, Koreya Xalq Ordusunun 1-ci Korpusunun komandiri general-leytenant An Yonq Hvan və digər şəxslər müşahidə ediblər.

Agentliyin qeydinə görə, sınaq buraxılışının məqsədi taktiki ballistik raketlərdə istifadə olunan kasetli sursatların və yüksək partlayıcı parçalanma başlıqlarının xüsusiyyətlərini və gücünü yoxlamaq olub. Hədəfin ətrafında, 136 km məsafədə yerləşən bir adaya doğru atılan beş raket 12,5–13 hektar ərazini əhatə edən yüksək sıxlıqlı zərbə effekti yaradaraq üstün nəticə göstərib.

Kim Çen In bildirib ki, müxtəlif təyinatlı kasetli sursatların hazırlanması və tətbiqi KXDR ordusunun əməliyyat ehtiyaclarını effektiv şəkildə qarşılayır. O, həm yüksək dəqiqlikli zərbələrin, həm də müəyyən hədəflərə qarşı yüksək sıxlıqlı hücum qabiliyyətinin artırılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb və sınaq nəticələrindən məmnunluğunu ifadə edib. Şimali Koreya lideri həmçinin döyüş başlığı dizaynerlərinin işini yüksək qiymətləndirərək onların vaxt itirmədiklərini qeyd edib.

Həmçinin, Kim Çen In müdafiə tədqiqat qruplarına KXDR ordusunun döyüş hazırlığının artırılması istiqamətində fəaliyyətlərində davamlı uğurlar və yeni nailiyyətlər arzulayıb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Bütün Xəbərlər