Kəskin temperatur dəyişiklikləri yeni normaya çevrilir?

Kəskin temperatur dəyişiklikləri yeni normaya çevrilir?
11.06.2026 04:00

Avropada ekstremal (həddindən artıq yüksək) temperaturlar "yeni reallığa" çevrilir.

TodayPress TV -nin xəbərinə görə, bu barədə "The Financial Times" Avropa İttifaqının (Aİ) Yer kürəsinin müşahidəsi üzrə "Copernicus" proqramının tədqiqatçılarının məlumatlarına istinadən məlumat verib.

Avropanın böyük hissəsində külək soyuqluğu indeksi ("hiss olunan" temperatur) may ayında 35-40°C-yə yüksəlib. Ötən ay artıq Aİ-də bir neçə milli rekord qırılıb və 2024-cü ilin may ayından sonra bütün müşahidələr tarixi ərzində ikinci ən isti temperatur olub.

İstilik Böyük Britaniya, Fransa, İrlandiya və Portuqaliyanı xüsusilə güclü vurub. İspaniyada ötən ay ərzində yüksək temperatur səbəbindən 101 nəfər ölüb. Fransa və Böyük Britaniyada daha çox insan su hövzələrində sərinləməyə çalışdığı üçün boğulma halları artıb.

Alimlər qeyd edirlər ki, bu yaz sərin havanın ekstremal istiyə çevrilməsi o qədər sürətli olub ki, nə insanlar, nə kənd təsərrüfatı, nə də ekosistemlər adaptasiya (uyğunlaşma) üçün macal tapmayıb.

Avropa ən sürətlə istiləşən qitə olaraq qalır. Buna səbəb qismən Arktikaya yaxın olmasıdır ki, əriyən buz və qar daha tünd torpağı üzə çıxarır və o da Günəş şüalarını işığını udaraq, havanı isidir.

Alimlər, həmçinin xəbərdarlıq edirlər ki, Sakit okeanın tropik hissəsində olduqca yüksək temperatur iqlim böhranını daha da dərinləşdirir və bütün dünyada ekstremal hava hadisələrini gücləndirir.

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər