İsrailin hücumunda HƏMAS liderinin oğlu öldü

İsrailin hücumunda HƏMAS liderinin oğlu öldü
10.09.2025 02:41

HƏMAS hərəkatı İsrailin Qətərdə rəhbərliyə məxsus qərargaha endirdiyi hava zərbəsi nəticəsində təşkilat liderlərindən Xəlil əl-Həyyanın oğlu Həmmam əl-Həyya və onun ofisinin direktorunun həlak olduğunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Sühəyl əl-Hindi “Əl-Cəzirə”yə açıqlamasında bildirib.

O, HƏMAS rəhbərliyin hücumdan sağ çıxdığını deyib. Onun sözlərinə görə, hücumda əsas məsuliyyət ABŞ-nin üzərinə düşür.

“Azad dünya bu məsələdə mövqeyini ortaya qoymalıdır. Biz ABŞ administrasiyasını bu hücuma görə məsuliyyət daşıyan tərəf hesab edirik”, - deyə əl-Hindi vurğulayıb.

Xatırladaq ki, bu gün İsrail ordusu və Şin Bet (ŞABAK) Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə məxsus qərargaha zərbə endirib. Baş nazir Benyamin Netanyahu bu qərarın Yerusəlim və Qəzzada baş vermiş terror hücumlarına cavab olduğunu bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər