İrəvanda İspaniyanın fəxri konsulluğu açıldı

İrəvanda İspaniyanın fəxri konsulluğu açıldı
21.04.2026 23:40

Ermənistanın paytaxtı İrəvanda İspaniyanın fəxri konsulluğunun açılış mərasimi keçirilib.

TodayPress TV Ermənistan mediasına istinadən xəbər verir ki, İspaniya və Qvatemalanın Ermənistandakı fəxri konsulu Aşot Parsyan konsulluğun əsas missiyasının yalnız İspaniya vətəndaşlarına dəstək olmaqdan deyil, həm də iki ölkə arasında iqtisadi və mədəni əlaqələri möhkəmləndirməkdən ibarət olduğunu qeyd edib.

Onun fikrincə, İspaniya ilə viza rejiminin sadələşdirilməsi Ermənistan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcək və ikitərəfli səfərləri aktivləşdirərək insanların daha sərbəst hərəkətini təmin edəcək.

"İspanların Ermənistana səfəri ilə bağlı heç bir problemi yoxdur. Viza rejiminin liberallaşdırılması Ermənistan vətəndaşları, xüsusən də Avropa ölkələrində daha sərbəst biznes fəaliyyəti göstərə biləcək iş adamlarımız üçün də vacibdir", - o qeyd edib.

İspaniyanın Ermənistandakı səfiri Rikardo Martines Vaskesin sözlərinə görə, bu yay İrəvan və Alikante arasında birbaşa hava əlaqəsi qurulacaq:

"Əminəm ki, bu, Ermənistan və İspaniya arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə kömək edəcək", - diplomat bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 Bütün Xəbərlər