İranın gizli nüvə mərkəzində nələr baş verir?
İran Parçin hərbi kompleksində yerləşən Taleqan-2 nüvə poliqonunun yenidən qurulmasına başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə CNN eksklüziv peyk görüntülərinə istinadən məlumat yayıb.
Məlumata görə, Taleqan-2 2000-ci illərdə İranın gizli olduğu iddia edilən AMAD nüvə silahı proqramı çərçivəsində mühüm rol oynayıb. Buranın yüksək partlayıcı maddələrin sınaq kamerası və nüvə silahı sınaq mərkəzi kimi istifadə edildiyi iddia olunur.
Bundan əlavə, İranın İsfahandakı nüvə obyektlərində də bərpa və təmir işlərinə başlanıldığı bildirilir. Məlumata əsasən, burada 100 metr dərinlikdə yeni tunellər inşa edilir və İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhz bu ərazidə saxlanıldığı qeyd olunur.