İran Omanın Salala limanına hücum iddialarını rədd etdi

İran Omanın Salala limanına hücum iddialarını rədd etdi
12.03.2026 10:23

İran Silahlı Qüvvələri Omanın Salala limanındakı yanacaq anbarlarına dron hücumu ilə əlaqəli olduqları barədə iddiaları təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin müharibə əməliyyatlarını koordinasiya edən “Xatəm əl-Ənbiyə” Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfikari açıqlama verib.

“Dost, qonşu və qardaş ölkə Omanın Salala limanında baş verən hadisə olduqca şübhəli görünür”, – deyə Zülfikari bildirib. Onun sözlərinə görə, İran məsələ ilə bağlı araşdırma aparır.

Zülfikari vurğulayıb ki, İran Silahlı Qüvvələri Omanın təhlükəsizliyinə və milli suverenliyinə hörmətlə yanaşır.

Oman rəsmi xəbər agentliyi ONA isə məlumat yayıb ki, Salala limanındakı yanacaq anbarları ötən gecə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bildirilib ki, ölkənin hava məkanında bəzi dronlar vurulub, lakin bir neçə PUA limandakı yanacaq çənlərinə düşüb.

Məlumata görə, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.

Qeyd edək ki, İran bundan əvvəl də martın 3-də Omanın Dukm ticarət limanına edilən hücumla əlaqəsi olduğu barədə iddiaları təkzib etmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 AVQUST 2026
Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Bütün Xəbərlər