İran-ABŞ arasındakı razılaşma layihəsində yeni təkliflər var

İran-ABŞ arasındakı razılaşma layihəsində yeni təkliflər var
14.06.2026 16:29

İran ABŞ-la razılaşma layihəsində neft sanksiyalarının yumşaldılması və dondurulmuş aktivlərin azad edilməsinin nəzərdə tutulduğunu bildirib.

TodayPress TV-nin məlumatına görə, İranlı yüksəkvəzifəli şəxs Reuters agentliyinə bildirib ki, ABŞ ilə hazırlanan anlaşma memorandumunun yekun layihəsi Tehranın nüvə proqramından tutmuş Hörmüz boğazının yenidən açılmasına qədər bir sıra mühüm məsələləri əhatə edir. Onun sözlərinə görə, tərəflər arasında yekun saziş memorandum imzalandıqdan sonra 60 gün ərzində müzakirə olunacaq.

İranlı rəsminin sözlərinə görə, layihəyə əsasən, Tehran Hörmüz boğazını dərhal beynəlxalq gəmiçilik üçün yenidən açacaq. Bunun müqabilində ABŞ İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını dayandıracaq.

Sənədə əsasən, ABŞ yekun saziş əldə olunana qədər İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcək. Razılaşmanın qüvvəyə minməsindən sonra isə ABŞ və BMT tərəfindən tətbiq olunan bütün sanksiyalar əvvəlcədən razılaşdırılmış qrafik üzrə ləğv ediləcək. Eyni zamanda, Vaşinqton müəyyən müddət ərzində İran neftinə qarşı sanksiyaları yumşaldacaq ki, Tehran neft ixracını bərpa edə və gəlir əldə edə bilsin.

İranlı rəsmi bildirib ki, ABŞ həmçinin İranın dondurulmuş 25 milyard dollar həcmində aktivlərinin azad edilməsinə razılıq verib. Bu vəsaitlərin bir hissəsinin birbaşa köçürmələr, regional tərəfdaşlarla əməkdaşlıq və kredit xətləri vasitəsilə İrana çatdırılması nəzərdə tutulur. Bundan əlavə, ABŞ-ın regional müttəfiqləri ilə birlikdə İranın yenidən qurulması və inkişafı üçün xüsusi proqram hazırlayacağı, bu proqramın da 60 gün ərzində Tehranla razılaşdırılacağı qeyd olunub.

Nüvə proqramı ilə bağlı müddəalara görə, İran nüvə silahı istehsal etməyəcəyini və əldə etməyəcəyini öhdəsinə götürür. Yekun saziş imzalanana qədər Tehran nüvə proqramının hazırkı vəziyyətini qoruyacaq, uranın zənginləşdirilməsini genişləndirməyəcək və yeni nüvə obyektləri tikməyəcək.

İranlı rəsmi əlavə edib ki, ABŞ gələcək hərtərəfli saziş çərçivəsində Tehranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını İran ərazisində durulaşdırmasına razılıq verib. Uran ehtiyatlarının taleyi və zənginləşdirmə proqramının gələcək parametrləri memorandumun imzalanmasından sonrakı 60 günlük danışıqlar zamanı müəyyənləşdiriləcək.

Qeyd edilir ki, nə ABŞ, nə də İran bu layihənin bütün detalları ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, tərəflərin uzun müddətdir davam edən gərginliyi azaltmaq üçün diplomatik səyləri davam etdirdiyi bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Bütün Xəbərlər