Hindistan Rusiyadan neft alışını azalda bilər

Hindistan Rusiyadan neft alışını azalda bilər
26.08.2025 12:15

Hindistan ABŞ-dən gələn rüsumlar səbəbindən Rusiya neftinin alışını azaltmağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Bildirilib ki, Hindistanın neft emalı zavodları oktyabrda Rusiya neftinin alışını gündəlik 1,8-dən 1,4-1,6 milyon barelə endirməyi planlaşdırır. Bu da rüsumların tətbiqi fonunda ABŞ-yə güzəşt kimi qiymətləndirilir. 

Agentliyin məlumatına görə, Hindistan ABŞ ilə ticarət sazişi bağlayacağı təqdirdə alışların həcmi dəyişə bilər. 

Qeyd edək ki, avqustun 6-da ABŞ Prezidenti Donald Tramp Hindistan mallarına Rusiya neftinin alınmasına görə onlara 25% əlavə rüsumların tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Amerika lideri daha sonra onları ikiqat 50%-ə çatdırmaqla hədələyib. 

Aysel Mətləb

XƏBƏR LENTİ
19 AVQUST 2026
“Avropanın Azərbaycana ehtiyacı var!” - Sabiq Ukrayna Prezidenti 23:18 Kamçatkada 5,6 maqnitudalı zəlzələ baş verdi 23:06 UEFA Çempionlar Liqası: "Sabah" "Hapoel"lə oyunda hesabı açdı - CANLI 23:03 Abbas Əraqçi və Asim Munir son vəziyyəti müzakirə etdilər 22:55 “Hapoel” və “Sabah” matçı üçün heyətlər AÇIQLANDI 22:43 “Azərbaycan və Türkiyə yeni dövlət yaradır, adı isə…” – Saqatelyandan maraqlı İDDİA 22:37 Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!” 22:21 Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu 22:13 İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi 22:02 Elmin Əliyev bürünc medal qazandı 21:52 Ordudakı ard-arda intiharlar Paşinyanı bunu etməyə məcbur etdi 21:48 40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Azərbaycandakı bu yol qalib oldu 21:22 Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı? 20:25 Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR 20:14 İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? 19:58 Tramp İrandan danışdı: “Bəlkə də nə vaxtsa…” - VİDEO 19:49 İran Kaliforniyanı öz ərazisi elan etdi - Trampa “şillə” kimi cavab 19:42 Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək xəbər! 19:30 İki gün əvvəl meyiti tapılan qadın tanınmış aparıcının anası imiş 19:16 Xətaidə yanğın başladı - VİDEO 18:58 Bütün Xəbərlər