Hakan Fidan və Abbas Əraqçi regiondakı prosesləri müzakirə etdilər

Hakan Fidan və Abbas Əraqçi regiondakı prosesləri müzakirə etdilər
08.05.2026 20:15

Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidan ilə Abbas Əraqçi telefon danışığı aparıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Danışıqlar zamanı tərəflər Yaxın Şərqdəki hadisələri müzakirə ediblər və cari vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılaşma əldə etmədən başa vurublar. ABŞ Prezidenti Donald Tramp aprelin 22-də atəşkəs rejiminin müddətsiz xarakter daşıdığını elan edib.

Lakin saziş bağlamaq üçün Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran, Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlandığını bildirib. Regiondakı vəziyyət isə dünya enerji böhranına səbəb olub.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Almaniyada miqrantların deportasiyası gözlənilənin əksinə AZALDI 18:39 "Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurdu 18:14 İran ABŞ-ni Fars körfəzindən birdəfəlik çıxarır? - Rəsmi AÇIQLADI 17:59 ABŞ-İran arasında gizli mesajlaşma davam edir, lakin... 17:09 Şirvan kanalında kişi meyiti TAPILDI 17:20 "Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı! 17:16 Ekvador sahillərində "kabus gəmi": Balıqçılar silahlı şəxslərin əlinə keçdi! 16:44 Türkiyədə DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var 16:36 Dunay bu həddə qədər qurudu: AES-i işlək saxlamaq üçün qeyri-adi addım atdılar 15:57 Ukraynanın keçmiş prezidenti Bakıya gəldi 15:50 Cəlilabad sakinlərinin DİQQƏTİNƏ! Sabah saat 10:00-dan… 15:37 Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat 15:28 Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü 15:10 KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 Bütün Xəbərlər