Gürcüstanda küçə aksiyalarına hüquqi məhdudiyyətlər tətbiq olunacaq

Gürcüstanda küçə aksiyalarına hüquqi məhdudiyyətlər tətbiq olunacaq
07.10.2025 12:48

Gürcüstanda aksiya zamanı küçələrin bağlanması ilə bağlı qanun pozuntularına qarşı hüquqi tədbirlər görüləcək.

TodayPress TV Gürcüstan KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən, Gürcüstan parlamentinin üzvü Tengiz Şarmanaşvili küçənin bağlanmasına yalnız iştirakçıların səkiyə sığmayacaq qədər çox olduğu hallarda icazə verildiyini, ancaq bu qanuna tam əməl olunmadığını bildirib.

“Biz artıq buna dözməyəcəyik. Qanuna tabe olmaqla bağlı xəbərdarlıqlara məhəl qoyulmur. Müvafiq hüquqi addımlar atacağıq”, – deputat əlavə edib.

Ötən gün Baş nazir İrakli Kobaxidze də müsahibəsində ölkədə toplantıların keçirilməsinin məhdudlaşdırıla biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, küçəni bağlayan az sayda insan ölkədə əmin-amanlıq və inkişaf istəyən 4 milyon insana qarşı zorakılıq edir.

“Belə davam edə bilməz, biz buna artıq yol verməyəcəyik”, – Kobaxidze qeyd edib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 Bütün Xəbərlər