“Gürcü Arzusu” NATO və Aİ üzrə İnformasiya Mərkəzini ləğv etdi: "Əlvida!"

“Gürcü Arzusu” NATO və Aİ üzrə İnformasiya Mərkəzini ləğv etdi: "Əlvida!"
25.07.2025 13:17

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası NATO və Avropa İttifaqı (Aİ) üzrə İnformasiya Mərkəzini ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Gürcüstan ilk dəfə NATO-ya inteqrasiya məsələsini keçmiş sovet diplomatı və ölkənin ikinci prezidenti Eduard Şevardnadze dövründə gündəmə gətirmişdi. O, bu addımı Vaşinqton və Moskva arasında siyasi balans üçün fürsət kimi görürdü.

Üçüncü prezident Mixeil Saakaşvili isə NATO-ya üzvlüyü milli missiya səviyyəsinə qaldıraraq 2008-ci ildə ölkədə referendum təşkil etmişdi. Səsvermədə seçicilərin 77%-i NATO üzvlüyünə “bəli” demişdi. Lakin aradan 17 il keçməsinə baxmayaraq, Gürcüstan hələ də bloka qəbul olunmayıb.

Ölkə bu illər ərzində yalnız ümidlərlə kifayətlənməyib, həm də NATO-nun maraqları naminə Əfqanıstan və İraqda hərbi əməliyyatlarda iştirak edib. Buna baxmayaraq, NATO-nun 2024-cü il yekun hesabatında Gürcüstanın üzvlüklə bağlı perspektivlərinə heç bir yer ayrılmayıb.

Beləliklə, uzun müddətdir fəaliyyətsiz qalan qurum bağlanaraq, Gürcüstanın hərbi bloka üzv olmaq uğrunda illərlə davam edən, lakin nəticə verməyən cəhdlərinə rəsmi olaraq nöqtə qoyulub.

Töhfə Səməd

XƏBƏR LENTİ
08 AVQUST 2026
Rubio Trampı “sülh prezidenti” elan etdi: “Bunu o bacardı!” 18:36 Paşinyan “yazıq Ermənistan” imicinə son qoydu: “Bizə tərəfdaş lazımdır!” 18:13 TƏCİLİ: Paşinyan Trampa zəng edərək bu mövzuları müzakirə etdi 18:27 Hörmüzün “açarı” SEPAH-ın əlindədir: ABŞ-yə şərt qoyuldu 18:06 Vuçiç Avropanın proqnozunu verdi: Soyuq qış, “isti” müharibə 18:00 Dünya Bankı Suriyaya 100 milyon dollar ayırdı 16:21 “Çelsi”nin gənc ulduzuna Premyer Liqadan təklif – 2,4 milyonluq transfer 16:50 İran XİN başçısı Xəzər dənizinin hüquqi statusu haqqında danışdı 16:44 Hörmüz boğazında tankerə raket zərbəsi: Səudiyyə Ərəbistanından İrana xəbərdarlıq 17:10 Vuçiçdən Zelenskiyə Aİ vədi: “Ukraynaya kömək edəcəyik” 17:04 Əraqçi: "Hörmüz boğazında yeni marşrut hazırlanır" 16:27 Türkiyədə tunel uçdu: Ölən və yaralananlar var 16:13 Medvedev Ermənistana xəbərdarlıq etdi: “Gürcüstanın taleyini təkrarlayacaq” 16:16 "Arsenal" Brunu Qimaraynşi transfer etdi 16:08 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı 15:55 FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi 15:31 Lionel Messinin atası vəfat etdi 15:08 Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır – SƏBƏB 14:59 Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazanıb” 14:47 Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır 14:28 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 Sumqayıtda avtomobil sexi yandı - VİDEO 13:48 Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb” 13:25 Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Bütün Xəbərlər