Fransada fermerlər etiraz aksiyasına başladılar

Fransada fermerlər etiraz aksiyasına başladılar
12.11.2025 22:50

Fransa Prezidenti Emmanuel Makronun “Mercosur” razılaşması ilə bağlı son bəyanatlarına etiraz məqsədilə yüzə yaxın traktor ölkənin cənubundakı Tuluza şəhərinin mərkəzinə gətirilib.

TodayPress TV xəbər bər verir ki, fermerlər Makronun Latın Amerikası ölkələri ilə azad ticarət sazişinə (“Mercosur”) “müsbət, lakin ehtiyatla” yanaşdığına dair açıqlamasına sərt reaksiya veriblər. Onun addımı kənd təsərrüfatı birlikləri tərəfindən “xəyanət” kimi qiymətləndirilib.

Kənd təsərrüfatı üzrə həmkarlar ittifaqının (FNSEA) rəhbərləri Emmanuel Makronu sözünə əməl etməməkdə günahlandırıblar.

İlk dəfə olaraq FNSEA ilə yanaşı, A64 magistralının blokadası ilə tanınan “Ultra fermer qrupu” da etiraza qoşulub. Qrupun lideri Jeroı Bele Cənubi Amerikadan ucuz qiymətə gətirilən ət məhsullarının Fransa bazarına vuracağı zərər barədə xəbərdarlıq edib.

Fermerlərin tələbləri təkcə “Mercosur” razılaşması ilə məhdudlaşmır. Onlar gəlirlərin azalması, istehsal xərclərinin artması ilə bağlı narazılıqlarını bildiriblər.

Fermer təşkilatlarının nümayəndələri ölkə Prezidenti ilə görüşə ümid etdiklərini deyiblər.

Onlar diqqətə çatdırıblar ki, Makron “Mercosur” sazişini qəbul etsə, ölkə miqyaslı aksiyalar keçirəcəklər.

TodayPress TV


XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər