Ermənistan Prezidenti Azərbaycanla sərhədin açılacağına inanır

Ermənistan Prezidenti Azərbaycanla sərhədin açılacağına inanır
20.01.2026 20:21

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Azərbaycanla sərhədin açılacağına inamını ifadə edib.

TodayPress TV xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçatryan Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında bildirib ki, uğur əldə olunacaq, çünki razılaşmalar çox konkretdir. “Prinsiplər bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına hörmət etmək üçün çox konkretdir. Biz bu prinsiplərə əsaslanacağıq. Sərhədləri açacağıq. Əminəm ki, bir neçə ildən sonra təkcə ən yüksək siyasi səviyyədə deyil, həm də Ermənistan və Azərbaycan vətəndaşlarının sərhədi keçib bir-biri ilə iş görəcəyi, bir-birinin üstünlüklərindən istifadə edəcəyi zaman hər şey adi hala gələcək”, - deyə Ermənistan Prezidenti bildirib.

Vaaqn Xaçatryan qeyd edib ki, əməkdaşlıq nəticəsində Cənubi Qafqaz bütün dünya üçün çox əlverişli bölgəyə çevriləcək: “Avropa və Asiya arasında ən yaxşı yol Cənubi Qafqazdan keçir. Bu proses uğur qazanacaq, çünki təkcə siyasi deyil, həm də iqtisadi maraq var. Prezident İlham Əliyevə, Baş nazirimiz Nikol Paşinyana - hər ikisinə siyasi iradəyə görə təşəkkür etmək istəyirəm. Proses 30 il təxirə salındı, danışıqlar aparıldı və nəticə alınmadı. Yalnız iki ölkənin liderləri prinsiplər, ümumi prinsiplər üzərində razılığa gəldikdə, biz uğur qazana bilərik. Həmçinin məsuliyyəti öz üzərinə götürə bilən və 8 avqustda bu tarixi sənədin imzalanmasını təşkil edə bilən ABŞ prezidenti cənab Trampın rolunu da vurğulamalıyam.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Bütün Xəbərlər