Dünyada bir milyarddan çox insan psixi pozuntularla yaşayır

Dünyada bir milyarddan çox insan psixi pozuntularla yaşayır
02.09.2025 19:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, hazırda dünyada bir milyarddan çox insan psixi pozuntulardan — əsasən narahatlıq və depressiya hallarından əziyyət çəkir.

TodayPress TV xəbər verir ki, “World mental health today” və “Mental Health Atlas 2024” hesabatlarında bu pozuntuların yalnız sağlamlığa deyil, həm də iqtisadiyyata ciddi təsir göstərdiyi, uzunmüddətli əmək qabiliyyətsizliyə, müalicə xərclərinin artmasına və məhsuldarlığın azalmasına səbəb olduğu qeyd olunub.

Hesabatlarda vurğulanır ki, bir çox ölkələrdə psixososial dəstək tədbirləri güclənsə də, resurslar son dərəcə məhduddur və tələbat səhiyyə sistemlərinin imkanlarını xeyli üstələyir. Hətta inkişaf etmiş ölkələrdə belə yardıma ehtiyacı olanların yarısından azı bu xidməti ala bilir. Aşağıgəlirli bölgələrdə isə bu göstərici çox vaxt 10 faizi keçmir.

Məlumata görə, psixi xəstəliklər uzunmüddətli əlilliyin ikinci ən geniş yayılmış səbəbidir. Ağır pozuntulardan əziyyət çəkən insanların ömür uzunluğu, adətən, 10–20 il daha qısa olur, onlar tez-tez damğalanma, ayrı-seçkilik və insan hüquqlarının pozulması ilə üzləşirlər.

ÜST-ün baş direktoru bildirib:

“Psixi sağlamlığa qoyulan sərmayə insanlara, icmalara və iqtisadiyyata qoyulan sərmayədir. Heç bir ölkə bu problemi görməzlikdən gələ bilməz”.

Qeyd edək ki, bu hesabatlar 2025-ci il sentyabrın 25-də Nyu-Yorkda keçiriləcək BMT-nin qeyri-infeksion xəstəliklər və psixi sağlamlıq üzrə yüksək səviyyəli görüşü ərəfəsində milli strategiyaların və qlobal təşəbbüslərin formalaşmasında əsas yol xəritəsi rolunu oynayır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 Azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı 22:38 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Dənizdən PUA qalıqları çıxdı, turistlər təxliyə edildi 21:54 ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır 21:40 Tramp təhlükə olan təyyarədə onu tək buraxdı deyə, istefa verdi 21:30 Kokainin üzərindən futbolçu çıxdı - Maraqlı olay - VİDEO 21:19 SON DƏQİQƏ: Azərbaycanda güclü zəlzələ oldu 21:02 Peşə məktəblərinə qəbul nəticələri AÇIQLANDI 21:01 Husilər Səudiyyənin silahlarını məhv etdi - VİDEO 20:50 Seutada həyəcan siqnalı: Minlərlə hərbçi sərhədə göndərildi 20:38 Bakının mərkəzində su borusu partladı 20:24 Biləcəridə ağacları kəsdilər, iş prokurorluğa gedir 20:15 Netanyahudan 1,4 milyardlıq ölkə ilə bağlı maraqlı sözlər 20:05 Qatarlar ard-arda relsdən çıxdı - İngiltərədə nə baş verir? - VİDEO 19:53 Rusiyanın neft “qapısı bağlandı” - Dronlar hər şeyi alt-üst etdi 19:37 Kişi həyətində ölü tapıldı 19:24 Rusiya buğdası Azərbaycandan keçərək Ermənistana gedəcək 19:13 Çin Yaponiyanın yanında yox, qarşısındadır - Kuril adalarında yeni qarşıdurma? 19:04 Makronun uşaqlarla bağlı planı “suya düşdü” - Qərar BLOKLANDI 18:52 Bütün Xəbərlər