Donald Trampın sülh mükafatına layiq görüləcəyi iddia olundu

Donald Trampın sülh mükafatına layiq görüləcəyi iddia olundu
06.11.2025 18:50

FİFA dünyada sülhə töhfə verən şəxsləri təltif etmək üçün yeni “FİFA Sülh Mükafatı – Futbol Dünyanı Birləşdirir” mükafatını təsis edib.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, qalib dekabrın 5-də Vaşinqtonda açıqlanacaq.

FİFA prezidenti Canni İnfantino bildirib ki, getdikcə daha çox parçalanan dünyada insanları sülh naminə bir araya gətirənlərin əməyini tanımaq vacibdir. O vurğulayıb ki, futbol sülhü təmsil edir və bu mükafat insanları birləşdirmək üçün qeyri-adi addımlar atanlara veriləcək.

Məlumatlara görə, açıqlama İnfantinonun ABŞ prezidenti Donald Trampla Florida biznes forumu çərçivəsində görüşü ərəfəsində yayılıb. Forumda Tramp yenidən seçilməsinin ildönümünü qeyd edəcək və iqtisadi nailiyyətləri barədə danışacaq.

Xarici media iddia edir ki, mükafat Trampa verilə bilər. İnfantino əvvəllər Trampın Qəzzada sülh prosesində mühüm rol oynadığını deyib və onu körpülər quran lider kimi xarakterizə edib. O, həmçinin Trampın Nobel Sülh Mükafatı almasını dəstəkləyib.

İnfantino ailəsi ilə Tramp ailəsi arasında yaxın əlaqələr olduğu bildirilir. İvanka Trampın FİFA tədbirlərində iştirakı və təşkilat proqramlarında yer alması diqqət çəkib.

Qeyd onlunur ki, bu yaxınlıq iddiaların və narahatlıqların artmasına səbəb olub. “The Guardian” nəşri isə yazır ki,  UEFA, İnfantinonu Trampın şəxsi siyasi maraqlarını dünya futbolundan üstün tutmaqda ittiham edib.

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər