Cövdət Yılmaz Zəngəzur dəhlizini strateji əhəmiyyətli marşrut hesab edir

Cövdət Yılmaz Zəngəzur dəhlizini strateji əhəmiyyətli marşrut hesab edir
11.04.2026 21:05

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Zəngəzur dəhlizini Anadolu bölgələrinin gələcək inkişafını stimullaşdıracaq əhəmiyyətli nəqliyyat və logistika marşrutu hesab edir.

TodayPress TV xəbər verir ki, Diyarbəkir vilayətinə səfəri zamanı C.Yılmaz Türkiyənin şərqi və cənub-şərqini beynəlxalq ticarət şəbəkələrinə inteqrasiya etmək planlarını açıqlayıb.

“Bu kontekstdə üç strateji logistika marşrutu diqqət çəkir. “İnkişaf Yolu” layihəsi: Türkiyədən tutmuş İraqın cənubuna qədər, bu yalnız Yaxın Şərqdən yük daşınması üçün deyil, həm də enerji daşıyıcılar təchizatı üçün vacibdir. Digəri Türkiyə ilə türk dövlətləri arasında birbaşa əlaqə təmin etməklə Orta Dəhlizi gücləndirmək üçün nəzərdə tutulmuş Zəngəzur dəhlizi, nəhayət, Suriya marşrutu, yəni Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanının Hicaz bölgəsini birləşdirən Hicaz dəmir yolunun bərpası”, - deyə siyasətçi açıqlayıb.

Türkiyənin vitse-prezidenti qeyd edib ki, hər üç təşəbbüs təkcə iqtisadi baxımdan deyil, həm də regional sabitlik baxımından xüsusi əhəmiyyət kəsb edir:

“Əminəm ki, logistika marşrutlarının və ticarət dəhlizlərinin inkişafı həm Türkiyənin, həm də bütövlükdə regionun rifahının yaxşılaşdırılmasına yönəlib. Heç bir region qonşuları ilə güclü ticarət əlaqələri olmadan davamlı inkişafa nail olmaq mümkün deyil”.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Bütün Xəbərlər