“Bualoy” qasırğası Vyetnama 518 milyon dollar ziyan vurdu

“Bualoy” qasırğası Vyetnama 518 milyon dollar ziyan vurdu
03.10.2025 13:15

Vyetnamı vuran “Bualoy” qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri 49 nəfərin həyatına son qoyub, 16 nəfər itkin düşüb, 153 nəfər isə yaralanıb.

TodayPress TV Sinxua agentliyinə istinadla xəbər verir ki, qasırğa, həmçinin ölkəyə böyük maddi ziyan vurub. 200 ev dağılıb, 169 mindən dən çox ev zədələnib, daha 64 min evi su basıb. Bundan başqa, 80,6 min hektardan çox çəltik və digər əkin sahələri su altında qalıb, 21 min başdan çox mal-qara və 500 minə yaxın quş tələf olub.

Tayfun nəticəsində çoxsaylı ictimai infrastruktur obyektlərinə də ziyan dəyib. Daşqınlar və torpaq sürüşmələri səbəbindən 7500-dən çox yol bloklanıb.

Hakimiyyət orqanları dəymiş ziyanı qiymətləndirməyə, zəruri xidmətləri bərpa etməyə və zərər çəkmiş sakinlərə yardım göstərməyə davam edir. İlkin iqtisadi zərər təxminən 12,8 trilyon donq (təxminən 518 milyon dollar) həcmində qiymətləndirilir.

TodayPress TV


 

XƏBƏR LENTİ
31 IYUL 2026
HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bütün Xəbərlər