Britaniya qərarını verdi: Trampın cavabı nə olacaq?

Britaniya qərarını verdi: Trampın cavabı nə olacaq?
06.03.2026 22:36

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin İsrail-İran-ABŞ müharibəsinə qoşulmayacağını bəyan edib. 

Maraqlıdır, bu qərar ABŞ lideri Donald Tramp ilə münasibətlərdə gərginlik yarada bilərmi?

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov TodayPress TV-yə danışarkən bildirib ki, Londonun İrana qarşı əməliyyatlara qatılmaması Vaşinqtonda narazılıq doğursa da, bu addım Britaniyanın müstəqil siyasətinin göstəricisidir.


Siyasi şərhçi qeyd edib ki, Vaşinqton bu qərarı iki müttəfiq ölkə arasında illərdir mövcud olan sıx hərbi və siyasi əməkdaşlığa zidd mövqe kimi qiymətləndirə bilər. 

O vurğulayıb ki, ABŞ və Böyük Britaniya xüsusən təhlükəsizlik və hərbi məsələlərdə hər zaman bir-birinə güvənən əsas müttəfiqlərdən sayılıb.

"Onsuzda Baş nazir Kir Starmerin hökuməti Britaniya ərazisində yerləşən hərbi bazaların istifadəsinə məhdudiyyət qoyaraq ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirak etməmək qərarı verdikdən sonra münasibətlərdə müəyyən gərginlik yaranıb. ABŞ Prezidenti Donald Trampın reaksiyası da bu narazılığın göstəricisidir", - deyə o izah edib. 


Ekspert əlavə edib ki, Trampın Starmeri Britaniyanın sabiq Baş naziri Uinston Çörçilllə müqayisə etməsi və onun müharibə məsələsində ABŞ ilə əks mövqeyini tənqid etməsi Britaniyanın qərarına sərt münasibət kimi qiymətləndirilə bilər:

"Starmerin mövqeyi daha geniş strateji məna daşıyır. Baş nazir hüquqi əsas və aydın plan olmadan müharibəyə qoşulmağın doğru olmayacağını bildirərək həm daxili auditoriyanın, həm də beynəlxalq ictimaiyyətin təhlükəsizliyini ön plana çıxarır. London ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşulmamaqla müstəqil xarici siyasət xəttinə sadiq qaldığını və beynəlxalq hüquq prinsiplərinə hörmət etdiyini nümayiş etdirir".


Analitik bildirib ki, bu addım Britaniyanın müstəqilliyini qorumaq və müharibə qərarlarına daha ehtiyatlı yanaşmaq istəyi ilə də izah olunur. O, həmçinin qeyd edib ki, Starmerin mövqeyi ölkə daxilində xarici müharibələrə skeptik yanaşan seçicilərin dəstəyi ilə bağlı siyasi hesablamalara da söykənə bilər.

Politoloq hesab edir ki, yaranmış vəziyyət ABŞ-nin Böyük Britaniyaya diplomatik və ya siyasi təzyiqini artıra bilər, lakin əlaqələrin tam şəkildə pisləşməsi ehtimalı azdır.

Onun qənaətincə, iki ölkə bir çox sahələrdə əməkdaşlığı davam etdirir və gələcək diplomatik addımlar münasibətlərin necə inkişaf edəcəyini müəyyən edəcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 Bütün Xəbərlər