Bermuda adalarında sirli qaya təbəqəsi aşkarlandı

Bermuda adalarında sirli qaya təbəqəsi aşkarlandı
16.12.2025 19:45

Alimlər Bermuda adalarının altında okean qabığından fərqli, təxminən 20 kilometr qalınlığında qeyri-adi bir qaya təbəqəsi aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.

Məlumata görə, Yer üzündə indiyədək bu qədər qalın oxşar təbəqə qeydə alınmayıb.

Tədqiqatın aparıcı müəllifi, Vaşinqtondakı Karnegi İnstitutunun seysmoloqu Uilyam Freyzer bildirib ki, normal halda okean qabığının altında mantiyanın yerləşməsi gözlənilir. Lakin Bermudada tektonik lövhənin daxilində əlavə bir qatın mövcud olduğu müəyyən edilib.

Bu qaya təbəqəsinin mənşəyi hələ tam aydın deyil. Alimlər hesab edirlər ki, bu kəşf Bermuda adalarının okean səviyyəsindən yüksəkdə yerləşməsinin səbəbini izah edə bilər. Maraqlıdır ki, ərazidə son vulkan püskürməsi 31 milyon il əvvəl baş versə də, adaların yüksəlməsi dayanmayıb.

Tədqiqatçılar ehtimal edirlər ki, qədim vulkanik fəaliyyət nəticəsində mantiya süxurları qabığa daxil olub və bərkimiş halda okean dibini təxminən 500 metr qaldıran nəhəng bir struktur yaradıb.

Araşdırma zamanı alimlər Bermuda Zəlzələ Stansiyasının məlumatlarından istifadə edərək, adaların təxminən 50 kilometr dərinliyində Yer qabığının quruluşunu analiz ediblər. Seysmik dalğaların davranışındakı dəyişikliklər ətraf süxurlardan daha az sıxlığa malik, qeyri-adi dərəcədə qalın qaya qatının mövcudluğunu təsdiqləyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər