BƏƏ Yəməndə antiterror missiyasını başa çatdırdı

BƏƏ Yəməndə antiterror missiyasını başa çatdırdı
30.12.2025 20:50

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Müdafiə Nazirliyi Yəməndə terrorizmlə mübarizə üzrə ixtisaslaşmış qruplarının fəaliyyətini dayandırır.

TodayPress TV xəbər verir ki, bu barədə ərəb KİV-i nazirliyin bəyanatına istinadən məlumat yayıb.

"Qərar BƏƏ-nin şəxsi heyətin təhlükəsizliyini təmin etmək məqsədilə və beynəlxalq tərəfdaşlarla koordinasiya şəraitində özünün təşəbbüsü ilə qəbul edilib", – açıqlamada bildirilir.

Qeyd olunur ki, BƏƏ 2015-ci ildən etibarən Yəməndə legitim hakimiyyətin dəstəklənməsi, terrorçu təşkilatlarla mübarizə və regionda sabitliyin təmin olunması məqsədilə Ərəb koalisiyasının fəaliyyətində iştirak edib. BƏƏ Silahlı Qüvvələrinin əsas hərbi iştirakı 2019-cu ildə bütün tapşırıqların yerinə yetirilməsindən sonra başa çatıb, bundan sonrakı iştirak isə yalnız terrorizmlə mübarizə qrupları ilə məhdudlaşıb.

Müdafiə Nazirliyi vurğulayıb ki, bu qərar mövcud mərhələ nəzərə alınaraq qəbul edilib və BƏƏ-nin regionda təhlükəsizlik və sabitliyin dəstəklənməsi üzrə öhdəliklərinə uyğundur.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər