BƏƏ-yə növbəti dəfə raket atıldı

BƏƏ-yə növbəti dəfə raket atıldı
05.05.2026 20:30

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə qüvvələri ölkə ərazisinə İrandan atılan raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını dəf edir.

TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

Nazirlik bildirib ki, ölkənin HHM sistemləri hazırda İrandan daxil olan hədəfləri aktiv şəkildə zərərsizləşdirir:

“Hazırda ölkənin HHM sistemləri İrandan gələn raket zərbələrini və pilotsuz uçuş aparatlarını aktiv şəkildə ələ keçirir. Ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri ballistik və qanadlı raketlərə, eləcə də dronlara qarşı görülən əks-tədbirlərin nəticəsidir”.

Məlumata görə, hadisələrlə əlaqədar BƏƏ-də məktəblər artıq distant təhsil rejiminə keçib.

Qeyd edək ki, “Al Jazeera” telekanalının məlumatına görə, BMT Təhlükəsizlik Şurası yaranmış vəziyyətlə bağlı sabah qapalı məsləhətləşmələr keçirəcək.

Xatırladaq ki, mayın 4-də BƏƏ hərbçiləri İrandan atılan dörd qanadlı raketi qeydə almışdı. Onlardan üçü ərazi suları üzərində məhv edilmiş, biri isə dənizə düşmüşdü.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi - Vəziyyət gərginləşir 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Bütün Xəbərlər