Azərbaycan çay idxalını azaltdı, ixracını artırdı

Azərbaycan çay idxalını azaltdı, ixracını artırdı
30.08.2025 19:00

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 7 814 ton çay idxal edib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu həcmdə çayın dəyəri 47 milyon 587 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 528 ton (6,3 %) azdır, dəyər baxımından isə 4 milyon 614 min ABŞ dolları (10,7 %) çoxdur.

Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,35 %-ni təşkil edib.

Bundan başqa, 7 ay ərzində Azərbaycan 3 milyon 905 min ABŞ dollar dəyərində 430 ton çay ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 31 ton (7,7 %), dəyər baxımından isə 317 min ABŞ dolları (8,8 %) çoxdur.

Hesabat dövründə çay ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cəmi 0,03 % paya malik olub.

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər