Almaniyada Ermənistan və daha iki ölkənin vətəndaşları casusluqda ittiham olundular

Almaniyada Ermənistan və daha iki ölkənin vətəndaşları casusluqda ittiham olundular
29.05.2025 22:55

Almaniyada üç nəfərə Rusiya xüsusi xidmət orqanlarında işləmək və çox güman ki, insanı öldürməyə hazırlıq ittihamı irəli sürülüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Euronews” Federal Prokurorluğa istinadən məlumat yayıb.

Ötən il iyunun 19-da Frankfurtda xüsusilə ağır cinayət işi üzrə həbs olunan üç nəfərin Ukrayna vətəndaşı A.Robert A., Ermənistan vətəndaşı Vardqes İ. və Rusiya vətəndaşı Arman S. olduğu müəyyən edilib.

Onların soyadları Almaniyanın məxfilik qaydalarına uyğun olaraq açıqlanmır.

"Casusluq əməliyyatının Almaniya ərazisində qətllərə səbəb ola biləcək növbəti kəşfiyyat əməliyyatlarına hazırlıq rolunu oynadığı iddia edilir", - prokurorluq qeyd edib.

Almaniya Prokurorluğu bildiriblər ki, Ermənistan vətəndaşı Vardqes İ. 2024-cü il mayın əvvəlində Rusiya kəşfiyyatından Almaniyada yaşayan və 2022-ci ildə müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin heyətində döyüşmüş bir şəxs barədə casusluq etmək əmri alıb.

Vardqes İ. bu məqsədlə Robert A. və Arman S.-ni işə cəlb edib. Sonuncular həmin şəxsin kimliyini müəyyən etmək və onun haqqında əlavə məlumat toplamaq üçün Frankfurtun mərkəzindəki kafedə görüşə dəvət etmək cəhdində ittiham olunurlar.

Prokurorlar bildiriblər ki, həmin şəxs daha əvvəl Almaniya polisi ilə əlaqə saxladığı üçün görüş heç vaxt baş tutmayıb.


XƏBƏR LENTİ
01 AVQUST 2026
Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Bütün Xəbərlər