Almaniya və İspaniya şirkətləri hərbi nəqliyyat sistemlərinin birgə istehsalına dair razılığa gəldi

Almaniya və İspaniya şirkətləri hərbi nəqliyyat sistemlərinin birgə istehsalına dair razılığa gəldi
28.03.2026 05:30

Almaniyanın “Rheinmetall” və İspaniyanın “Indra” şirkətləri müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıblar.

TodayPress TV xəbər verir ki, sənəd Avropa və Latın Amerikası ölkələrinin silahlı qüvvələri üçün hərbi nəqliyyat sistemlərinin birgə istehsalını nəzərdə tutur.

Tərəflər yaxın vaxtlarda birgə müəssisə yaradaraq İspaniya ordusunun 3 minədək hərbi yük maşınının alınması üzrə elan etdiyi tenderə qatılmağı da planlaşdırır. Bu addım şirkətlərin mövcud tərəfdaşlığını daha da dərinləşdirməyə və gələcək müdafiə layihələrində birgə çıxış etməyə imkan verəcək.

Razılaşma çərçivəsində zirehli texnikanın modernləşdirilməsi, taktiki dəstək nəqliyyat vasitələrinin hazırlanması, piyada döyüş maşınları üzrə həllərin işlənməsi və yük avtomobilləri layihələri üzrə konsorsiumların yaradılması nəzərdə tutulur. Eyni zamanda, əməkdaşlıq bütün dəyər zəncirini sistemin inteqrasiyasından istehsal və xidmət mərhələlərinə qədər əhatə edəcək.

Tərəflər bu əməkdaşlıqla Avropanın müdafiə sənayesi potensialının gücləndirilməsini və müasir təhlükəsizlik çağırışlarına uyğun innovativ texnologiyaların hazırlanmasını hədəfləyirlər. Layihələrdə sistem inteqrasiyası, sensor texnologiyaları, rəqəmsallaşma və platforma həlləri üzrə hər iki şirkətin təcrübəsindən istifadə olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bütün Xəbərlər