Aİİ üç ölkə ilə azad ticarətə başlayır

Aİİ üç ölkə ilə azad ticarətə başlayır
04.02.2026 23:10

2025-ci il Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə BƏƏ, Monqolustan və İndoneziya arasında imzalanmış azad ticarət zonası sazişlərinin 2026-cı ildə qüvvəyə minməsi gözlənilir. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib. 

Bildirilib ki, saziş hazırda təsdiqlənmə prosedurundan keçir. 

"Bu gün biz inanırıq ki, istehsalçılarımıza təxminən 730 milyon insan üçün bazara çıxış imkanı yaratmışıq. Bu, artıq çox əhəmiyyətli bir rəqəmdir. Və ümid edirik ki, bütün bu müqavilələr 2026-cı ildə qüvvəyə minəcək", - deyə Overçuk vurğulayıb. 

Qeyd olunub ki, 2025-ci ildə Hindistanla azad ticarət zonası barədə danışıqlara başlanılıb. 

"Konkret müddətlər barədə danışmaq üçün yəqin ki, hələ tezdir. Əsas məsələ odur ki, bu danışıqlar davam edir və danışıqlar qrupunun nikbin olduğu aydındır", - deyə Rusiya Baş nazirinin müavini vurğulayıb. 

O, həmçinin xatırladıb ki, İranla tam hüquqlu azad ticarət zonası müqaviləsi 2025-ci ildə qüvvəyə minib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər