Aİ ölkələri İrana nüvə danışıqlarına qayıtmaq çağırışı etdi

Aİ ölkələri İrana nüvə danışıqlarına qayıtmaq çağırışı etdi
23.06.2025 15:35

Polşa, Litva, Estoniya və Finlandiya, ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarından sonra Tehranı danışıqlar masasına qayıtmağa çağırıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən iclası ərəfəsində bəyanatlar verilib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, İran uranın zənginləşdirilməsini daha prioritet məsələ kimi görür. O, Cenevrədə aparılan danışıqlarda Yaxın Şərqdə gərginliyi azaltmağa çalışan Avropa diplomatiyasına təşəkkür edib və Aİ-nin üzərinə düşəni etdiyinə inandığını qeyd edib.

Sikorski həmçinin Yaxın Şərqdəki qarşıdurmanın Ukraynadakı müharibəyə diqqəti azaltmasından narahat olduğunu bildirib: “Putin Ukraynaya təxribat olmadan hücum etdi. ABŞ və İsrail isə İranın nüvə bombası əldə etməsinin qarşısını almaq üçün hərəkətə keçdi. Bu fərqli motivasiyalardır”.

Litva xarici işlər naziri Kestutis Budryus əlavə edib ki, diplomatik qərarlar alınmazsa region daha da qeyri-sabit ola bilər. O, İranı sülh yolunu seçməyə məcbur etməyə çağırış edib.

Budryus İranın nüvə silahına yiyələnməsinin İsrail və beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə olduğunu deyib və diplomatik yollarla həll yollarının tapılmasını vacib sayıb. O, İranın həm firavan gələcək, həm də Avropa ilə möhkəm əlaqələr qurmaq fürsətinə malik olduğunu vurğulayıb.

Estoniya xarici işlər naziri Marqus Tsahkna isə bildirib ki, vəziyyətin regional müharibəyə çevrilməməsi vacibdir və hazırkı gedişatın İranın nüvə proqramını zəiflətməsini müsbət qiymətləndirib.

Finlandiya xarici işlər naziri Elina Valtonen isə beynəlxalq hüquqa hörmətlə yanaşmağın vacibliyini vurğulayıb və bütün tərəfləri danışıqlara qayıtmağa çağırıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Bütün Xəbərlər