Aİ Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır və ölkələr arasında normallaşmanı dəstəkləyir

Aİ Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır və ölkələr arasında normallaşmanı dəstəkləyir
10.07.2025 21:10

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.

Onun sözlərinə görə, Aİ iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir.

“Aİ daha əvvəl 2025-ci ilin martında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb”, - Hipper qeyd edib.

“Tərəfləri sülh sazişi layihəsinin imzalanması və ratifikasiyasına mümkün qədər tez keçməyə çağırırıq. Tərəflər istəyərsə, Aİ əlavə dəstək və ekspertiza təmin etməyə hazırdır”, - Aİ nümayəndəsi bildirib.

Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki ölkə arasında sülh gündəliyinin müzakirəsi üzrə görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.

XƏBƏR LENTİ
21 IYUN 2026
Xəzərdən keçən əməkdaşlıq xətti: Azərbaycan və Türkmənistan yeni layihələri müzakirə edəcək 15:22 "Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 Bütün Xəbərlər