ABŞ rus dənizçiləri azad etdi

ABŞ rus dənizçiləri azad etdi
28.01.2026 13:50

ABŞ beynəlxalq sularda saxladığı "Marinera" tankerindəki iki rus dənizçini azad edib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə  Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ beynəlxalq sularda saxlanılan Marinera neft tankerindəki iki rusiyalı dənizçini azad edib. 

Diplomat əlavə edib ki, onlar  Rusiyaya qayıdırlar. 

Qeyd edək ki, "Sky News"un məlumatına görə, ABŞ hərbçiləri "Marinera" gəmisinin kapitanını və iki köməkçisini Venesueladan neft daşımaqda şübhəli bilinərək saxlayıblar. Daha sonra onlar Şotlandiyadan ABŞ-yə aparılıb. Qalan 26 heyət üzvü Böyük Britaniyada qalıb; onlardan beşi tezliklə ABŞ-yə uça bilər, qalanları isə öz ölkələrinə qayıdacaqlar. Həmin vaxt Mariya Zaxarovanın qeyd etdiyi iki rus dənizçinin taleyi barədə məlumat yox idi.

Xatırladaq ki, ekipajında bir neçə rusiyalı olan "Marinera" (əvvəllər "Bella 1") tankeri 7 yanvarda Şimali Atlantikada ələ keçirilib. Əvvəlcə Panama bayrağı altında üzən gəmi 2025-ci ilin dekabr ayının sonunda bayrağını və adını Rusiya bayrağı ilə dəyişib.

ABŞ Sahil Mühafizəsi tərəfindən saxlanıldıqdan sonra tanker Şotlandiyaya çatıb. Rusiya dəfələrlə ABŞ hakimiyyətinə iki rusiyalı dənizçinin azad edilməsinin vacibliyini xatırladıb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər