ABŞ kəşfiyyatı: İran nüvə silahı yaratmağa aktiv şəkildə can atmır

ABŞ kəşfiyyatı: İran nüvə silahı yaratmağa aktiv şəkildə can atmır
17.06.2025 13:36

ABŞ kəşfiyyatı hesab edir ki, İran İslam Respublikası nüvə silahı yaratmağa aktiv şəkildə can atmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN " məlumat yayıb.

Telekanal xatırladır ki, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar rəsmi Tel-Əviv tərəfindən Tehranın nüvə silahı əldə etmə ehtimalı ilə əsaslandırılıb. Lakin ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İran nüvə silahı istehsalına dair fəal addımlar atmayıb.

Nəşr əlavə edib ki, Tehranın belə bir silahı istehsal etməsi və hədəfə çatdırması üçün azı üç il vaxt tələb oluna bilər.

Telekanala danışan mənbələrdən biri bildirib ki, İsrailin İranın nüvə obyektlərinə hücumları bu ölkənin nüvə proqramını yalnız bir neçə ay geri sala bilər. Məlumata görə, İsrail Natanzdakı uranın zənginləşdirilməsi obyektinə ciddi ziyan vurub, lakin Fordodakı obyekt demək olar ki, salamat qalıb. Hərbi ekspertlərin fikrincə, İsrail həmin möhkəmləndirilmiş obyektə yalnız ABŞ-nin xüsusi silahları və hava dəstəyi ilə zərər vura bilər.

"CNN" qeyd edib ki, ABŞ prezidenti Donald Tramp artıq ölkəsinin İsrailin İranın nüvə obyektlərinə qarşı kampaniyasına qoşulmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
13 AVQUST 2026
Qara dəliyin yaxınlığında su və toz aşkar edildi! 01:08 Yeməkdən sonra mədədə ağırlıq nə vaxt normal sayılır? - Mütəxəssisdən XƏBƏRDARLIQ 01:27 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 CENTCOM neçə İran gəmisinin istiqamətini dəyişib? 00:36 Suriya hava qüvvələrini bərpa edir, İsrailin narahatlığı artır 01:32 NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı 00:27 UEFA Superkubokunun qalibi müəyyənləşdi! 00:59 ABŞ-nin illərlə İraqda davam edən mövcudluğuna SON QOYULUR 00:51 Kerolayn Livitt Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılır? 00:22 İlin ikinci Günəş tutulması başa çatıb 20:26 İranda SEPAH zabiti GÜLLƏLƏNDİ 23:37 32 ölkədən Tehrana təzyiq - Etirazçıların edamı pislənildi! 23:24 Lukaku “Fənərbağça”da! – 2 illik müqavilə imzalayacaq 23:09 Sabah bu iki qəsəbədə qaz OLMAYACAQ 23:01 "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş insidentin GÖRÜNTÜLƏRİ - VİDEO 22:52 Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər 22:41 Polşa və Rumıniyadakı dron insidentləri ilə bağlı NATO Rusiyanı ittiham etdi 22:34 Əkrəm İmamoğlu CHP-dən istefa verdi 22:18 AzTV-nin əməkdaşı faciəvi şəkildə vəfat etdi 22:09 Bakıda avtobusda yanğın baş verdi - VİDEO 21:58 "Onların pulu yoxdur" - Tramp İrandakı vəziyyətdən danışdı 21:49 Ukrayna Rusiyanın dörd hərbi gəmisini VURDU 21:40 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi 21:34 "Bu, İrana vurulan zərbədir" – SEPAH komandanı İraqı fikrindən daşındırmağa çalışır 21:20 Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olundu - YENİLƏNDİ 18:57 Bütün Xəbərlər