ABŞ Hindistanla ticarət razılaşmasını ləğv etdi

ABŞ Hindistanla ticarət razılaşmasını ləğv etdi
17.08.2025 07:32

ABŞ-nin danışıqlar qrupunun 25-29 avqustda baş tutması planlaşdırılan ticarət sazişini müzakirə etmək üçün Hindistana nəzərdə tutulan səfəri ləğv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "NDTV" mənbələrə istinadən məlumat yayıb.

Bu müzakirələr raundu ölkələr üçün altıncı olmalı idi. Telekanalın məlumatına görə, danışıqlar Hindistan mallarının ABŞ-yə idxalına rüsumların artırılmasından sonra ölkələr arasında iqtisadi münasibətlərdə gərginliyin artması fonunda təxirə salınıb. "NDTV" qeyd edir ki, danışıqların ləğv edilən tarixi yeni məhdudiyyətlərin qüvvəyə minəcəyi avqustun 27-ə təsadüf edib.

Xatırladaq ki, avqustun 6-da ABŞ Prezidenti Donald Tramp Hindistan mallarına əlavə 25 faizlik gömrük rüsumunun tətbiqi haqqında sərəncam imzalayıb. Mövcud məhdudiyyətləri nəzərə alaraq, Hindistandan idxala tariflər 50 %-ə çatıb. Ağ Ev rəhbəri qərarını Hindistanın Rusiyadan neft alması və bununla da iqtisadiyyatını dəstəkləməsi ilə əsaslandırıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 Bütün Xəbərlər