“Soyuq hava, isti ürək: “Qarabağ” “Ayntraxt”ı sındırdı”

“Soyuq hava, isti ürək: “Qarabağ” “Ayntraxt”ı sındırdı”
22.01.2026 09:10 UEFA

Azərbaycan futbolunun flaqmanı “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə üz-üzə gəldi.


Bakı qarşılaşması “Qarabağ” üçün həlledici xarakter daşıyırdı. Bu oyunda məğlubiyyət komandanın turnirdə mübarizəni davam etdirmək şanslarını ciddi şəkildə azalda və ya tamamilə aradan qaldıra bilərdi. Bu qarşılaşmada “Qarabağ” üçün məqbul nəticə yalnız qələbə və ya heç-heçə idi. İstənilən məğlubiyyət komandanın turnir cədvəlindəki vəziyyətini daha da çətinləşdirəcəkdi.

TodayPress TV xəbər verir ki, “Ayntraxt” 13 illik fasilədən sonra Bakıya yenə iddialı gəlmişdi. 

Belə ki, “köhlən atlar”ın indiyədək Almaniyanın avrokuboklarda qarşılaşdığı 4 komandasından biri olan Frankfurt təmsilçisi UEFA Avropa Liqasının 2013/2014 mövsümünə təsadüf edən pley-off mərhələsində Bakıda “Qarabağ”a 2:0, Almaniyada keçirilən matçda isə 2:1 hesabı ilə qalib gəlmişdi.

Amma zaman göstərdi ki, bu gün, o gün deyildi. “Qarabağ” Bundesliqa təmsilçiləri ilə 11-ci dueldə tilsimi qırdı. Azərbaycan futbolu Almaniya komandaları ilə oyunda ilk dəfə qələbə xalı qazandı. Xalqın dirəniş simvolu “Qarabağ” məhz UEFA Çempionlar Liqasının Liqa mərhələsinin taleyüklü VII turunda “Ayntraxtı” büdrətməyi bacardı – 3:2. 


Amma Tarixi Zəfər az tər bahasına başa gəlmədi. “Qarabağ” klub tarixinin ən soyuq oyununda “qartallar”ı əvvəlcə noqdauna saldı, sonda isə bir dəqiq zərbə ilə nokaut etdi. Həqiqətən inanılmazdır! 

“Qarabağ”ın avrokuboklarda iştirak etdiyi bütün illər ərzində bu oyun hava baxımından klub tarixinin ən soyuq qarşılaşmalarından biri oldu. Qısası, meydanda təkcə futbol yox, həm də xarakter oynandı - temperatur aşağı düşsə də, gərginlik maksimum oldu. 

Amma bu amil oyunun taleyini təkbaşına həll etmədi. Əsas həlledici faktor komandanın psixoloji hazırlığı idi. Meydana psixoloji baxımdan tam hazır çıxan “Qarabağ” bu oyunda uduzmadı. Düzgün taktika və yüksək motivasiya ilə “Qarabağ” bu çətin qarşılaşmanı müsbət nəticə ilə başa vuraraq Çempionlar Liqasında yoluna davam edir.


Qeyd edək ki, müasir Azərbaycan futbol tarixinin ən uğurlu klubu hesab olunan “Qarabağ” mütəmadi olaraq ölkəmizi UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində təmsil edir. Uzun illər erməni işğalı səbəbindən doğma Ağdamdan kənarda çıxış edən klub, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra beynəlxalq idman arenasında milli dirçəlişin rəmzinə çevrilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Bütün Xəbərlər