Bilbao turu “Qarabağ”ın qırılma nöqtəsi olacaq

Bilbao turu “Qarabağ”ın qırılma nöqtəsi olacaq
17.10.2025 12:11 UEFA

Qayıdır. “Qarabağ”ın ürəyi qayıdır. “Qarabağ”ın maestrosu Marko Yankoviç “Atletik Bilbao” ilə oyunda heyətdə olacaq. Əla xəbərdir. Komanda “Atletik”lə oyuna daha ümidli gedəcək. Bilbao turu çempionumuzun qırılma nöqtəsi olacaq. Marko “Nuevo San-Mames” qayıdışını qol və ya asistlə taclandırar. “Qarabağ” burdan da xalla qayıtsa, o zaman durum əla olacaq.

Bu arada İspaniyanın nüfuzlu “Mundo Deportivo” nəşri UEFA Çempionlar Liqasının III turunda Bilbao təmsilçisinə “Qarabağ”la oyun “Atletik” üçün həyati əhəmiyyət daşıyır” yazısını həsr edib.

Bildiirilir ki, “Atletik” milli komandaların oyunlarına görə yaranan fasilədən sonra həm La Liqada, həm də Avropada vacib oyunlara çıxacaq. “Qırmızı-ağlar” əvvəlcə səfərdə, La Liqada cari mövsümün sürpriz komandası sayılan “Elçe”nin qonağı olacaq, çərşənbə günü isə “ Nuevo San Mames”də Azərbaycan çempionu “Qarabağ”la görüşəcək.

Bilbaolular Avropa turnirinə uğursuz start veriblər – ilk iki oyundan sonra aktivlərində xal yoxdur. Bu səbəbdən “Qarabağ”la oyun komanda üçün həyati əhəmiyyət daşıyır. Uğursuz nəticə “Atletik”in “ilk 24-lük” şanslarını xeyli azaldacaq”. 

Azərbaycan çempionu isə hazırda Çempionlar Liqasında möhtəşəm çıxış edir. Qurban Qurbanovun komandası iki turdan sonra maksimum xal toplayıb. Səfərdə “Benfika”ya (3:2), evdə isə “Kopenhagen”ə (2:0) qalib gələn “Qarabağ” pley-off mərhələsinə yüksəlmək yolunda böyük addım atıb.

İspaniya çempionatında “Mayorka” üzərində qələbə “Atletik”də psixoloji durumu yaxşılaşdırsa da, Ernesto Valverde hələ də zədələr səbəbindən seçim baxımından məhdudiyyətlə üzləşir. Mütəxəssisin Sanset, İnyaki Uilyams, Berenguer və Vesqa kimi “şirlər”i  zədədən yeni qayıdıblar, Niko Uilyams və Paredes isə tam hazır deyil. Komandada fasilə dövründə yüklənmə tənzimlənsə də, bu futbolçuların ardıcıl iki matçda oynaması ehtimalı azdır.

Buna baxmayaraq, mütəxəssis İspaniya mətbuatına açıqlama verib ki, futbolçularıma tapşırıq vermişəm, “Qarabağ”a daha çox qol vursunlar. Hətta 9 qol vursunlar. Avropa səviyyəli peşəkar məşqçinin qeyri-peşəkar çıxışı təəccüb doğurur. Valverde kimi özündən razıları çox görmüşük. Və sonda peşman olanları da çox olub. 

Bir sözlə, nəticələri yaxşı olmayan Bilbaonu futbolçulu, ya da azarkeşli təkərə salmaq olar. Burdan alınacaq xal, “Qarabağ”ın özünə inamını birə-iki artıracaq. “Köhlən atlar” sonradan “Çelsi”, “Napoli”, “Ayaks”, “Ayntraxt” və “Liverpul”dan da xal ala bilərlər. 

Bu il “Qarabağ”ın ilidir. Komanda rəqiblərini dördnala çaparaq xallar alıb qrupdan çıxacaq.        

Oktyabrın 22-də Bilbao şəhərində keçiriləcək “Atletik” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUN 2026
İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Bütün Xəbərlər