Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
26.08.2025 14:22 Turizm

Türkiyənin Şanlıurfa şəhərində yerləşən Karahantepe, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Göbəklitepe ilə birlikdə, 12 min il əvvələ aid dünyanın ən qədim Neolit dövrü yaşayış məskənlərindən biri hesab olunur. Bu ərazi hər yeni arxeoloji qazıntı ilə tarixdən əvvəlki insan cəmiyyətlərinə işıq tutur və onların sirli dünyasını anlamaqda əhəmiyyətli rol oynayır.

TodayPress TV xəbər verir ki, bu dəfə Karahantepe dünya miqyasında əlamətdar bir kəşflə gündəmə gəlib – alimlərin fikrincə, burada dünyanın indiyədək məlum olan ən qədim üçölçülü mifoloji süjeti aşkar edilib. Arxeoloqlar bu tapıntını Neolit dövrünün "əsrin kəşfi" kimi dəyərləndirirlər.

Qazıntılar zamanı daşdan hazırlanmış qablar və boşqabların xüsusi ardıcıllıqla, bir-birinin üzərinə yığılmış vəziyyətdə düzüldüyü məlum olub. Bu kompozisiyanın içində daşdan yonulmuş heyvan fiqurları, daş əsalar, muncuqlar və qırmızı steril torpaqla möhürlənmiş qablar aşkar edilib. Ətraf mühitdə isə canavar çənəsi, bəbir sümüyü, qartal və tülkü kimi heyvanların sümükləri simvolik şəkildə düzülüb.

Qabların üzərində incə həndəsi naxışlar, heyvan və stilizə edilmiş insan təsvirləri yer alır. Xüsusilə diqqət çəkən isə içi torpaqla doldurulmuş və kiçik daş qapaqla örtülmüş dibsiz bir qab olub. Onun içərisində tülkü, qartal və qaban fiqurları yerləşdirilib. Bu fiqurların baş hissəsi daş halqanın içində idi – bu da kompozisiyaya güclü simvolik məna qatır. Qartal fiqurunun halqadan qismən çıxmış vəziyyətdə olması, qabın möhürlənməsindən sonra baş verdiyi düşünülür.

İndiyədək Şanlıurfa bölgəsində əsasən ikiölçülü təsvirlərə rast gəlinirdi. Lakin Karahantepedəki bu tapıntı, ilk dəfə olaraq simvolik süjetin üçölçülü formada və yerində  nümayişidir. Bu xüsusiyyət onu digər kəşflərdən fərqləndirir və Neolit dövrü sənətində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Tapıntının xüsusi hazırlanmış üçölçülü kompozisiya formasında təqdim olunması, sadəcə incəsənət və inanclar baxımından deyil, həm də dövrün ictimai yaddaşına işıq salması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, insanlıq tarixində ilk dəfə süjetli, ardıcıl və çoxfiqurlu hekayənin üçölçülü formada yaradıldığını göstərir.

Karahantepe, Taş Tepeler adlanan geniş Neolit dövrü məskənlər kompleksinə daxildir. Bu bölgə “Gələcəyə İrs” layihəsi çərçivəsində Türkiyənin arxeoloji irsini qorumaq və tanıtmaq məqsədilə diqqət mərkəzində saxlanılır.

2024-cü ildə bölgənin mərkəzi sayılan Göbəklitepe 709,643 ziyarətçi qəbul edib. Ziyarətçilərin böyük hissəsi Karahantepeni də ziyarət etməyə üstünlük verir. Bu maraq, bölgədə ardıcıl olaraq edilən arxeoloji tapıntılar və onların təqdimatı ilə daha da artır.

Son tapıntılar hazırda Ankarada Prezident Kompleksinin Sərgi Zalında keçirilən “Arxeologiyanın Qızıl Dövrü” adlı sərgidə nümayiş olunur. Sərgidə təkcə Karahantepedəki kəşflər deyil, həm də müxtəlif ölkələrdən geri qaytarılmış nadir artefaktlar da təqdim edilir. Bu tədbir Türkiyənin qədim mədəni irsə verdiyi yüksək dəyəri və sadiqliyini nümayiş etdirir.

Karahantepedəki bu kəşf, Neolit dövrü insanının düşüncə dünyasını və simvolik təfəkkürünü anlamaqda mühüm mərhələ sayılır. İlk dəfə olaraq bir süjetin üçölçülü təsviri, qədim insanın dünyanı dərk etmə və ifadə etmə qabiliyyətini ortaya qoyur. Bu tapıntı, təkcə Türkiyə deyil, bəşəriyyət üçün də tarixi əhəmiyyət daşıyır.

FOTOLAR

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet” — 1
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet” — 2
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet” — 3
XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər