Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirildi

Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirildi
22.10.2025 15:55 Turizm

Oktyabrın 22-də insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri çərçivəsində turizm sənayesi nümayəndələri üçün təlim təşkil olunub.

TodayPress TV xəbər verir ki, təlim Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev, İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova və koalisiyanın üzvü olan Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin təlimçisi Günel Ələkbərova tərəfindən keçirilib.

Təlim turizm sahəsində insan alveri üzrə risklər barədə məlumatlılığı artırmaq, turizm sənayesini baş verə biləcək mümkün hallarda qabaqlayıcı tədbirlər və düzgün davranış mexanizmləri üzrə maarifləndirmək məqsədilə təşkil edilib.

Təlim zamanı iştirakçılara insan alverinin mahiyyəti, qanunvericilikdə nəzərdə tutulan istismar növləri, insan alverində qurbanların müəyyən edilməsi istiqamətində əsas hərəkətlər, vasitələr və məqsədlər barədə ətraflı məlumat verilib. 

Həmçinin insan alveri qurbanlarının fiziki, sosial və davranış göstəriciləri, cinsi istismar, uşaq alveri və istismarı kimi mövzular müzakirə olunub.

TodayPress TV

FOTOLAR

Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirildi — 1
Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirildi — 2
Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirildi — 3
Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirildi — 4
Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirildi — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Bütün Xəbərlər