Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi

Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi
03.10.2025 11:56 Turizm

Dünyanın ən möhtəşəm təbiət möcüzələrindən biri sayılan, məşhur "peri bacaları" və isti hava şarı turları ilə tanınan Kapadokya yenidən beynəlxalq səviyyədə tanınıb. Regionun mərkəzində yerləşən tarixi Ortahisar kəndi “Forbes” jurnalının açıqladığı 2025-ci il üçün “Dünyanın ən gözəl 50 kəndi” siyahısına düşərək, Kapadokyanın təkcə təbiət gözəlliyi deyil, həm də mədəni əhəmiyyət baxımından bənzərsiz turizm məkanı olduğunu bir daha sübut edib.

TodayPress TV xəbər verir ki, Kapadokyanın ən diqqətçəkən turizm guşələrindən olan Ortahisar hər bir səyyahın görməli məkanlar siyahısında olmağa layiqdir.

Ürgüpdən cəmi 6 kilometr aralıda yerləşən kənd qədim qalası, qaya oyma tikililəri və səmanı bəzəyən rəngarəng şarlar ilə Kapadokyanın özünəməxsus cazibəsini bir araya gətirir.

Ənənəvi memarlığın əbədi cazibəsi

“Forbes” dərgisi Ortahisarı bölgənin vulkanik mənzərəsinə istinad edərək, ərik və kül rəngli səmanın altında Kapadokya torpaqlarından qalxan qədim bir monolit kimi təsvir edir. Milyon illər ərzində yağış və külək Erciyes, Hasandağ və Güllüdağ dağlarının püskürmələri nəticəsində əmələ gəlmiş yumşaq vulkanik qatları oyaraq, bu gün Kapadokyanın simvoluna çevrilən məşhur “peri bacaları”nı formalaşdırıb. Təbiət və zamanın yaratdığı bu unikal landşaft Kapadokyanın möhtəşəm gözəlliyinin əsas nişanəsinə çevrilib.

Kəndin mərkəzində isə Ortahisar qalası yüksəlir. Əslində nəhəng bir “peri bacası” formasında olan bu qala, hələ het dövründə oyulduğu güman edilir. Mağaraları, göyərçin yuvaları və labirintvari tunelləri ilə dünyanın ilk çoxmərtəbəli yaşayış məkanlarından biri sayılır. Bu gün isə Kapadokyanın ən yüksək baxış nöqtələrindən biri kimi, möhtəşəm panoramik mənzərə təqdim edir.

Qalanın ətəyində yerləşən dar daş küçələr boyunca ənənəvi Kapadokya memarlığının nümunələri sıralanır. Küçələrin kənarında ərik satışı ilə məşğul köşklər və qızılgül qoxulu çay bağçaları turistləri valeh edir. Əvvəllər isə ətraf vadilərdə oyulmuş anbarlarda bölgədə yetişdirilən və ya Aralıq dənizindən gətirilən meyvə-tərəvəz – alma, kartof, portağal və limon saxlanılırdı.

Ortahisar həmçinin zəngin dini və mədəni irsi ilə də seçilir. Sarıca, Cambazlı, Tavşanlı kilsələri, Balkan dərəsi kilsələri və Hallaç dərəsi monastırı kimi abidələr Kapadokyanın çoxəsrlik tarixi və dini-mədəni ənənələrini bu günə daşıyır.

Nağıllar diyarı – Kapadokya

Kapadokyanın cazibəsi təkcə Ortahisar kəndi ilə məhdudlaşmır. Bu sehrli bölgə ötən il muzey və arxeoloji məkanlarına 4,37 milyon turist qəbul edərək dünyanın ən çox ziyarət olunan turizm mərkəzlərindən birinə çevrilib. Burada səyahətçiləri yeraltı şəhərlərdən və qaya kilsələrindən başlayaraq, həm möhtəşəm memarlığı, həm də müasir rahatlığı birləşdirən mağara otellərinə qədər unudulmaz təcrübələr gözləyir. Qonaqlar dəbdəbəli mağara otellərində spa xidmətlərindən yararlana, qəribə qaya quruluşları arasında at çaparaq gəzintiyə çıxa və ya saxsı emalatxanalarında öz sənət əsərlərini yarada bilərlər.

Bu təcrübələri isə Kapadokya mətbəxi tamamlayır. Türk və Anadolu kulinariya ənənələrinə əsaslanan yerli təamlar bölgənin özünəməxsus dadını təqdim edir. Məşhur gil qablarında bişirilən, yumşaq ət ilə yerli meyvələrin harmoniyasını birləşdirən yeməklər və tuf torpağından becərilən üzümlərlə hazırlanmış seçmə şərablar burada hər bir naharı unudulmaz edir.

Son illərdə Kapadokya gastronomiya sahəsində də beynəlxalq tanınma qazanıb. Bölgə artıq MICHELIN bələdçisinin Türkiyə xəritəsinə daxil edilib ki, bu da Kapadokyanın təkcə mədəni, həm də kulinariya turizmi üçün dünya səviyyəli bir məkan olduğunu bir daha sübut edir.

TodayPress TV

FOTOLAR

Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi — 1
Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi — 2
Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi — 3
Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi — 4
XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Bütün Xəbərlər