Azərbaycanın turizm imkanları Özbəkistan Turizm Həftəsində nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Özbəkistan Turizm Həftəsində nümayiş etdirilir
28.11.2025 16:45 Turizm

Noyabrın 27-29-da Özbəkistan Turizm Həftəsi çərçivəsində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Tashkent International Tourism Fair" (TITF 2025) sərgisində ölkəmizin turizm imkanlarını nümayiş etdirilir.

TodayPress TV Agentliyə istinadən xəbər verir ki, Daşkənd şəhərində keçirilən "TİTF-2025" beynəlxalq turizm sərgisinin açılış mərasimində DTA sədrinin müşaviri Kənan Quluzadə çıxış edərək Azərbaycan və Özbəkistan arasında inkişaf etməkdə olan turizm əlaqələri, birgə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosu və Özbəkistan Milli PR Mərkəzi arasında keçirilən görüşdə mövcud tərəfdaşlıq çərçivəsində İpək Yolu irsinin tanıdılması istiqamətində birgə təşəbbüslərin davam etdirilməsi, regional əməkdaşlığın gücləndirilməsi və ortaq mədəni irsin təbliği məsələləri müzakirə olunub.

"Azərbaycan Hava Yolları" QSC və "Şahdağ" Turizm Mərkəzi daxil olmaqla 12 yerli turizm şirkətinin iştirakı ilə sərgidə ölkəmizin tarixi-mədəni irsi, milli mətbəxi, şərabçılıq ənənələri, eləcə də sağlamlıq və qış turizmi üzrə mövcud imkanlar haqqında ziyarətçilərə məlumat verilir, beynəlxalq turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.

Həmçinin Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Özbəkistan Turizm Həftəsi çərçivəsində noyabrın 26-da İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə Məşvərət Komitəsinin ilk iclasında iştirak edib. DTA-nın Aparatının rəhbəri Kənan Əliyevin iştirakı ilə isə nümayəndə heyəti noyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının Turizm Forumunda təmsil olunub.

Qeyd edək ki, Azərbaycan bu il Azərbaycan "TITF 2025"in "Tərəfdaş Ölkəsi" seçilib. 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 50 971 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% artım deməkdir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Bütün Xəbərlər