Yeni mərhələ: “Patriot” Ukrayna üçün cəbhədə nəyi dəyişəcək?

Yeni mərhələ: “Patriot” Ukrayna üçün cəbhədə nəyi dəyişəcək?
07.07.2025 16:37 Təhlil

“ABŞ-nin Ukraynaya silah tədarükünü dayandırması və ya zəiflətməsi fonunda Almaniya narahatlıq keçirərək məsuliyyəti öz üzərinə götürmək istəyir”.

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Almaniya və Ukrayna arasında aparılan uzunmüddətli danışıqlardan bəhs edib:

“Almaniyanın Ukraynanı silahlanmasında iştirakını artırması ilə bağlı uzun müddətdir ki, Ukrayna və Almaniya arasında danışıqlar aparılır və bu istiqamətdə artıq müvafiq razılaşmalar əldə olunub. Məlumdur ki, bir müddət əvvəl Almaniya ilə Ukrayna arasında birgə silah istehsalının maliyyələşdirilməsinə dair razılaşma əldə olunmuşdu. Söhbət AN-196 “Liutyi” tipli uzaqmənzilli dronların istehsalından gedir. İndi isə ABŞ-nin Ukraynaya silah tədarükünü dayandırması və ya zəiflətməsi fonunda Almaniya narahatlıq keçirərək məsuliyyəti öz üzərinə götürmək istəyir.

Almaniyanın hazırda özü də silah və hərbi texnikaya ciddi ehtiyac duyur. Son dövrlərdə ABŞ-nin Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiəsindən geri çəkilməsi fonunda Aİ ölkələrinin daxili istehsalı artırması və tələbatlarını ödəmək üçün daha çox silah və texnika istehsalını prioritet elan etməsi diqqət çəkir. Bütün bunlara baxmayaraq, Almaniya mövcud mərhələdə Ukraynaya dəstəyin əhəmiyyətini nəzərə alaraq bu istiqamətdə müvafiq addımlar atır.

Məsələn, Ukrayna ilə Almaniya arasında “Patriot” hava hücumundan müdafiə sistemlərinin ötürülməsi ilə bağlı danışıqlar aparılır. Ukrayna ABŞ ilə həmin “Patriot” sistemlərinin alınması barədə uzun müddət danışıqlar aparsa da, məsələ həllini tapmayıb. İndi isə Almaniya bu silahların Ukraynaya ötürülməsi istiqamətində faktiki olaraq ABŞ-nin razılığını almağa çalışır".

Analitik bildirib ki, bu addımlar Ukraynanın əlavə üstünlüklər qazanmasına deyil, mövcud mövqelərini qoruyub saxlamağa və Rusiyanın hücumlarına adekvat cavab verməyə hesablanıb:

“Xüsusən də Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı olduğunu nəzərə alsaq, belə danışıqların yalnız Almaniya ilə deyil, digər ölkələrlə də mütəmadi aparıldığını demək olar. ABŞ-nin tədarükü dayandırması fonunda Almaniyanın bu yükü təkbaşına daşıması faktiki olaraq mümkün deyil. Düşünürəm ki, paralel olaraq Böyük Britaniyadan, eyni zamanda Aİ ölkələrindən də Ukraynaya müvafiq hərbi texnikanın ötürülməsi ilə bağlı razılaşmaların şahidi olacağıq. Hətta bu silah və texnika hazırda həmin ölkələrin özündə olmasa belə, onlar ABŞ-nin silah tədarükçülərindən alınaraq Ukraynaya göndərilə bilər.

Trampın da istəyi məhz ondan ibarət idi ki, Ukraynanın Rusiyaya qarşı müqavimətində Avropa İttifaqı və Böyük Britaniya kimi ölkələr daha çox məsuliyyət götürsün və nəticədə ABŞ maliyyə və silah tədarükü yükündən azad olsun”.  

Qeyd edək ki, Almaniya Ukraynaya ən azı iki əlavə "Patriot" hava hücumundan müdafiə sistemi tədarük etmək üçün ABŞ ilə danışıqlar aparır.

Qiymət Mahir

FOTOLAR

Yeni mərhələ: “Patriot” Ukrayna üçün cəbhədə nəyi dəyişəcək? — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Bütün Xəbərlər