Tramp-Si Cinpin görüşü: Nəticələr və ziddiyyətlər

Tramp-Si Cinpin görüşü: Nəticələr və ziddiyyətlər
30.10.2025 18:50 Təhlil

“ABŞ və Çin liderlərinin görüşü dünyanın diqqət mərkəzində idi və hər kəs bu görüşün nəticələrinin necə olacağını gözləyirdi”.

Politoloq Rəşad Bayramov bunu ABŞ Prezidenti Donald Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü TodayPress TV-yə şərh edərkən deyib.

Ekspert görüşün nəticələrinin gözləntiləri doğrultduğunu bildirib:

“Söhbət dünyanın iki ən böyük iqtisadi və hərbi gücündən gedir və bu iki ölkə arasındakı iqtisadi-ticari münasibətlərdə mövcud olan problemlər qlobal iqtisadiyyata birbaşa təsir göstərir. Əslində, bir neçə gün əvvəl ABŞ və Çin arasında ticarət razılaşması ilə bağlı çərçivə sazişinin imzalanması, tərəflərin ortaq məxrəcə gələ biləcəyi ehtimalını artırmışdı və görüşün nəticələri də bu gözləntiləri doğrultdu”.

Analitik Çinin Rusiya-Ukrayna müharibəsindəki mövqeyindən də bəhs edib:

“Çinin Rusiya–Ukrayna müharibəsinin həlli prosesində roluna gəlincə, demək olar ki, Pekin bir sıra səbəblərə görə müharibənin dayandırılmasında maraqlıdır. Çin, təbii ki, öz strateji tərəfdaşı Rusiyanın məğlub olmasını istəməz, lakin müharibənin sona çatması onun üçün də iqtisadi baxımdan sərfəlidir. Çünki münaqişənin bitməsi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşalmasına səbəb ola bilər və bu, dolayı yolla Çin iqtisadiyyatına da müsbət təsir göstərəcək. Hazırkı sanksiyaların bir hissəsi Çinə də toxunur”.

Siyasətçi əlavə edib ki, hazırda Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsi təxminən 160 milyard dollar təşkil edir. ABŞ ilə bu rəqəm 700 milyard dollara, Avropa İttifaqı ilə isə Rusiya ilə olan dövriyyədən qat-qat çoxdur. Buna görə də Çin ABŞ və Avropa İttifaqı ilə ticarət əlaqələrini Rusiyaya qurban vermək niyyətində deyil.

R.Bayramov bu istiqamətdə digər diqqətçəkən faktdan bəhs edib:

“Oktyabrın 23-də Çin hökumətinin nəzarətində olan, o cümlədən “PetroChina” və “Sinopec” kimi nəhəng şirkətlərin Rusiya nefti ilə bağlı yeni müqavilələr imzalamağı dayandırmaq qərarı qəbul etməsi də Pekinin mövqeyini açıq şəkildə göstərir. Başqa sözlə, Çin müttəfiqi Rusiyanın məğlub olmasını istəməsə də, müharibənin dayandırılmasının tərəfdarıdır. Üstəlik, Tayvan məsələsinə görə ərazi bütövlüyü prinsipinə həssas yanaşan Çin bu məsələdə həm mənəvi, həm də siyasi təsir imkanına malikdir. Odur ki, Pekin bu təsir imkanlarından istifadə edərək, əslində Trampın da təklif etdiyi kimi, atəşkəsin elan olunması və münaqişənin dondurulması variantının qəbul edilməsinə töhfə verə bilər”.

Qeyd edək ki, ÇXR Sədri Si Cinpin oktyabrın 30-da Cənubi Koreyanın Pusan şəhərində 6 il sonra ABŞ Prezidenti Donald Trampla görüşüb. Onlar arasındakı danışıqlar 1 saat 40 dəqiqə davam edib.

Tərəflər mətbuat üçün birgə bəyanat verməyiblər. Görüşdən dərhal sonra Donald Tramp xüsusi təyyarəsi ilə Pusandan ayrılıb.

ABŞ Prezidenti “Reuters”ə açıqlamasında bildirib ki, görüş “mükəmməl keçib” və “bir çox vacib qərarlar qəbul olunub”. Tramp, həmçinin Çinlə ticarətdə mövcud 47%-lik rüsumların saxlanılacağını təsdiqləyib.

Görüşdə Ukraynadakı vəziyyət də müzakirə olunub. Trampın sözlərinə görə, tərəflər bu məsələdə birlikdə işləmək barədə razılığa gəliblər:

"Biz nəyisə birlikdə etməyə çalışacağıq. Hər iki tərəf döyüşlərin içindədir. Si Cinpin bizə Ukrayna məsələsində kömək edəcək, amma əslində bizim edəcəyimiz çox şey yoxdur".

Qiymət Mahir

FOTOLAR

Tramp-Si Cinpin görüşü: Nəticələr və ziddiyyətlər — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Bütün Xəbərlər