Təxribatlara, böhtanlara məhəl qoymayan qardaşlıq: Azərbaycan-Türkiyə!

Təxribatlara, böhtanlara məhəl qoymayan qardaşlıq: Azərbaycan-Türkiyə!
18.06.2025 12:11 Təhlil

“Azərbaycan-Türkiyə qardaşlığını hər vəchlə pozmağa çalışanlar, münasibətləri soyutmaq üçün əllərindən gələni edənlər istəklərinə nail ola bilməyəcəklər”.

Politoloq Aydın Quliyev bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, İran və İsrail arasında artan gərginlik, regional təhlükəsizliklə yanaşı, mühüm strateji münasibətlərə də təsir imkanları yaradıb. Bu münaqişə fonunda hədəfə çevrilmiş əsas münasibətlərdən biri də Azərbaycan-Türkiyə qardaşlığıdır. Bəzi maraqlı xarici qüvvələr bu fürsətdən istifadə edərək iki qardaş ölkə arasında soyuqluq yaratmağa çalışırlar.

“Bu cür iddiaların məqsədi iki ölkə arasında qarşılıqlı etimadı sarsıtmaqdır.

Lakin nə Azərbaycanın, nə də Türkiyənin siyasi rəhbərliyi bu cür təxribatlara imkan verəcək qədər zəif və ya məsuliyyətsiz deyil”.

Analitikin fikrincə, həm Bakı, həm də Ankara regiondakı mürəkkəb vəziyyətə realist və uzaqgörən yanaşır. Azərbaycan İsraillə münasibətlərində balanslı və səmərəli siyasət yürüdür, eyni zamanda Türkiyənin Yaxın Şərqdəki narahatlıqlarını da nəzərə alır. Bu diplomatik balansın əsasında isə ortaq maraqlar dayanır. Fələstin probleminin iki dövlət prinsipi ilə həlli, Qəzzada zorakılığın dayandırılması və regionda sabitliyin təmin edilməsi əsas prioritetlərdir. 

“Bu baxımdan Azərbaycan nə İsraili, nə də Türkiyəni qıcıqlandıran mövqedə dayanır. Əksinə, iki ölkə arasında körpü rolunu oynamağa çalışır. Türkiyə də bu siyasətin zəruriliyini anlayır. Qardaş ölkənin ictimaiyyəti və siyasi rəhbərliyi yaxşı bilir ki, Azərbaycanın İsraillə münasibətləri Vətən müharibəsi dövründən formalaşıb və bu əməkdaşlıq hazırda təhlükəsizlik, texnologiya və enerji sahələrində də mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, İranın sabitliyi də Azərbaycan və Türkiyə üçün önəmlidir. Çünki İranda yaşayan soydaşımızın taleyi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Qarşıdurmanın daha da genişlənməsi bu əhalinin taleyini təhlükə altına qoya bilər”.

O, sonda vurğulayıb ki, bütün təxribatlara, bölgədəki gərginliklərə və maraqlı güclərin manipulyasiyalarına baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz olaraq qalır. Əksinə, bu mürəkkəb dönəm hər iki ölkənin bir-birinə olan inamını daha da möhkəmləndirir. 

Töhfə Səməd

FOTOLAR

Təxribatlara, böhtanlara məhəl qoymayan qardaşlıq: Azərbaycan-Türkiyə! — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər