Şimali Koreyanın Rusiyaya “qardaş payı”: “Onlar pul qarşılığında alınmış əsgərlərdir”

Şimali Koreyanın Rusiyaya “qardaş payı”: “Onlar pul qarşılığında alınmış əsgərlərdir”
03.09.2025 14:56 Təhlil

“Əgər Rusiya Ukraynada yalnız öz gücünə arxalanaraq müharibə aparsaydı, bu günədək Ukrayna ərazilərini işğal altında saxlaya bilməzdi. Çünki müharibənin müəyyən mərhələsində artıq Rusiyanın hərbi potensialının tükəndiyi açıq şəkildə görünürdü. Həmin dövrdə Moskva bir sıra yaxın xarici müttəfiqlərindən, xüsusilə də İran və Şimali Koreyadan hərbi texnika və silah-sursat idxal etmək məcburiyyətində qaldı”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, hazırda Rusiya ordusunun istifadə etdiyi raketlərin arasında İran istehsalı olan nümunələr də var. Eyni zamanda Ukraynaya qarşı tətbiq edilən pilotsuz uçuş aparatlarının (PUA) böyük əksəriyyəti, hətta demək olar ki, hamısı İran istehsalıdır. Bu da göstərir ki, Moskva müharibəni davam etdirmək üçün əsasən İranın hərbi texnologiyalarına söykənir:

“İrandan sonra Rusiyaya hərbi dəstək verən dövlətlər sırasına Şimali Koreya qoşuldu. Əvvəlcə Moskva Pxenyandan raket sistemləri və hərbi texnika aldı. Daha sonra isə böyük canlı qüvvə itkisinə görə hərbçi çatışmazlığı yaşayan Rusiya Şimali Koreyadan cəbhəyə minlərlə əsgər gətirdi. Əvvəl təxminən 10 min, ardınca isə əlavə 20 min Şimali Koreya hərbçisinin Ukrayna sərhədlərinə göndərilməsi Rusiyada canlı qüvvə böhranının dərinləşdiyini göstərir”.

Analitik diqqətə çatdırıb ki, hazırda Kreml ümumi səfərbərlik elan etməyə ehtiyat edir. Çünki bu addım Rusiya cəmiyyətində ciddi narazılıq doğura bilər. Buna görə də Moskva üçün Şimali Koreyadan canlı qüvvə “idxal etmək” daha sərfəli görünür. Onsuz da, indiyədək orduya əsasən qeyri-rus milliyyətindən olan şəxslərin çağırılmasına üstünlük verilirdi.

Həmçinin o bildirib ki, Şimali Koreyadan gətirilən hərbçilərə gəldikdə isə Pxenyan rəsmiləri bunu “qardaşlıq borcu” ilə əsaslandırmağa çalışsalar da, əslində, bütün dünyaya məlumdur ki, Koreya rəhbərliyi bu xidmətin müqabilində Rusiyadan ciddi maliyyə vəsaiti əldə edib. Yəni, Şimali Koreya əsgərlərini pul qarşılığında döyüşməyə göndərib. Burada “qardaşlıq” yox, sırf maliyyə maraqları ön plandadır: 

“Beynəlxalq aləmdən təcrid olunmuş Şimali Koreya bu yolla öz iqtisadi vəziyyətini müəyyən qədər yaxşılaşdırmağa çalışır. Necə ki, Qərb ölkələri Ukraynaya dəstək verir, Rusiya da yaxın müttəfiqlərindən yardım alır. Təbii ki, Şimali Koreyanın açıq şəkildə müharibəyə qoşulması mümkün deyil. Amma ehtiyac yarandıqca Pxenyan pul qarşılığında Rusiyaya əsgər göndərməyə davam edə bilər”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçiləri Kursk vilayətinin nəzarətə götürülməsində iştirak ediblər. O, bu təşəbbüsün birbaşa KXDR lideri Kim Çen Ina məxsus olduğunu qeyd edib.

Şimali Koreya lideri Kim Çen In isə açıqlayıb ki, Pxenyan Moskvaya hər cür yardım göstərməyə hazırdır və bunu qardaşlıq borcu kimi qəbul edir.

“Əgər Rusiyaya kömək edə biləcəyimiz nə isə varsa, bunu mütləq edəcəyik. Bunu qardaşlıq borcu hesab edirik və Rusiyaya yardım etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Kim Çen In vurğulayıb.

Töhfə Səməd

TodayPress TV

FOTOLAR

Şimali Koreyanın Rusiyaya “qardaş payı”: “Onlar pul qarşılığında alınmış əsgərlərdir” — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Bütün Xəbərlər