“Səmimi həmrəylik aktı”: Kreml Pxenyana möhtac qalıb?

“Səmimi həmrəylik aktı”: Kreml Pxenyana möhtac qalıb?
13.07.2025 13:21 Təhlil

“Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsinə görə, rusiyalı rəsmilərin səfər edə biləcəkləri ölkələrin sayı çox deyil. Rusiya Prezidenti Vladimir Putin təlükəsizlik səbəbindən il ərzində bir neçə ölkəyə səfər edə bilir. Rusiya xarici işlər naziri Sergey Lavrov bir çox hallarda Putini əvəz etmək məcburiyyətində qalır”.

TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” hesabında yazıb. 

O, Lavrovun Malayziya paytaxtı Kuala-Lumpurda ASEAN xarici işlər nazirləri toplantısından sonra Şimali Koreyaya səfər etməsini şərh edib:

“Lavrov əvvəlcə şimali koreyalı həmkarı Çxve Son Xi ilə görüşüb, daha sonra onu Şimali Koreya diktatoru Kim Çen In qəbul edib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra sonra Şimali Koreya ilə əlaqələrini genişləndirib. 

Rusiya Şimali Koreyanın hərbi texnikasına və hərbçilərinə möhtac qalıb. Təsadüfi deyil ki, Lavrov Pxenyandakı görüşlərdə Şimali Koreyanın Rusiyaya dəstəyini "səmimi həmrəylik aktı” kimi dəyərləndirib. Halbuki, Rusiya Şimali Koreyanın bu dəstəyinə görə bu ölkəyə ərzaq yardımını artırıb. Lavrovun sözlərinə görə, Rusiyaya yardım məsələsinə şəxsən Kim Çen In qərar verib. Ayrı kim qərar verə bilər ki? Lavrov Kim Çen In ilə görüşdə “Kursk vilayətinin azad edilməsində” Şimali Koreya əsgərlərinin roluna görə ona təşəkkür edib”.

Ekspert əlavə edib ki, qeyri-rəsmi məlumatara görə, Rusiya ordusunun Ukraynadakı sursat təminatının təxminən 40 faizi Şimali Koreyadan gəlir:

“Şimali Koreya Rusiyaya ballistik raketlər və artilleriya sistemləri göndərib. Rusiya bu yardımın artırılmasını istəyir. Cənubi Koreyanın kəşfiyyat qurumlarının məlumatlarına görə, Şimali Koreya iyul və avqust aylarında Rusiyaya daha çox hərbi texnika və hərbçi göndərəcək.

Lavrov Şimali Koreyadan Çinə gedib. İyulun 14-ü və 15-də Çinin Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Nazirlər Şanxay Əməkdaşlıq Təşkilatının 30 avqustda keçiriləcək zirvə toplantısının gündəliyini müzakirə edəcəklər. Nazirlər sammitə qədər liderlərin imzalayacaqları sazişləri hazırlayacaqlar. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin də Rusiyanın siyasətinə dəstəyin artırılmasını arzulayırlar. Təşkilat ölkələrindən Çin və yeni üzv olan İran Rusiyanı müxtəlif formalarda dəstəkləyirlər. Ancaq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edərkən, Pekin və Tehran üçün ciddi problemlər yaranıb. İranın Rusiyaya göndərdiyi dronlar və raketlər ABŞ və Avropa İttifaqının Tehranla münasibətlərini normallaşdırmağa imkan vermir. Çin Rusiyaya birbaşa hərbi texnika göndərmir. Buna baxmayaraq, Rusiya Çindən əldə etdiyi texnologilayalar sayəsində hərbi texnikasını modernləşdirməyə müvəffəq olub”.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər