Sabiq XİN başçısı Rusiyaya XƏBƏRDARLIQ ETDİ: "Bu, çox təhlükəli məsələdir!"

Sabiq XİN başçısı Rusiyaya XƏBƏRDARLIQ ETDİ: "Bu, çox təhlükəli məsələdir!"
15.08.2025 12:40 Təhlil

"Rusiyada millətçilər tərəfindən azərbaycanlılara qarşı səsləndirilən "Azərbaycanlılar öz vətənlərinə getsinlər" kimi çağırışlar əsassızdır. Çünki Rusiya orada yaşayan digər millətlər kimi azərbaycanlılar üçün də vətəndir. Kimisə hansısa şüarlarla öz vətənindən qovmaq düzgün deyil və bu qanunlara ziddir. Hüquq Mühafizə Orqanları bu məsələyə xüsusi diqqət yetirməlidir". 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunu TodayPress TV-yə danışarkən deyib.  

O vurğulayıb: 

"Bildiyimiz kimi Şimal-Cənub Nəqliyyat Dəhlizi və kommunikasiyaların bərpası mövzusu bir-birinə bağlıdır. Zəngəzur dəhlizinin açılması, eyni zamanda Şimal-Cənub Nəqliyyat Dəhlizinin işlək vəziyyətə gətirilməsi də üst-üstə düşən mövzulardır. Bəllidir ki, hələ sovetlərin vaxtında Rusiya, Sovet İttifaqı və İran arasında Culfada yerləşən dəmir yolları bağlantısı var idi. Zəngəzur dəhlizi bərpa olunub istifadəyə verilərsə, bu, həm də Şimal-Cənub Nəqliyyat Dəhlizinin işlək vəziyyətinə gətirilməsi demək olacaq. Hazırda Rusiyada müəyyən qüvvələr tərəfindən Azərbaycana qarşı bu istiqamətdə müxtəlif ittihamlar səsləndirilir. Amma biz görürük ki, bu ittihamlar tamamilə əsassızdır. Bu kampaniyaya son qoyulması həm Azərbaycanın, həm də Rusiyanın xeyrinə olar. Amma təəssüflər olsun ki, indi Rusiyada siyasi idarəçilik böhranı yaşanır və hakimiyyətə iddialı olan müxtəlif qruplar millətçi dalğasından öz xeyirlərinə istifadə edirlər. Bu, çox təhlükəli bir məsələdir.  Bundan azərbaycanlılardan başqa digər millətlərə qarşı da istifadə oluna bilər. Ona görə bir çox MDB, post-sovet ölkələri belə bir məsələdə öz siyasətini artıq açıq şəkildə sərgiliyirlər". 

Qeyd edək ki, Rusiyanın Podolsk şəhərində bəzi yerli millətçilər azərbaycanlılara qarşı açıq-aşkar təxribat xarakterli mesajlar yazıblar. Yazılar yaşayış binalarının divarlarında yerləşdirilib. Bu barədə görüntülər haqqin.az-ın redaksiyasına göndərilib. Kadrlarda anti-Azərbaycan məzmunlu şüarlar aydın görünür.  

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər