Politoloq: "Ankaranın ŞKTR-də vəziyyəti daim diqqətdə saxlaması vacibdir"

Politoloq: "Ankaranın ŞKTR-də vəziyyəti daim diqqətdə saxlaması vacibdir"
20.10.2025 14:16 Təhlil

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən Prezident seçkilərinin nəticələrinə etiraz edib. 

Belə ki, o, parlamenti təcili iclasa çağırıb və ölkənin Türkiyəyə birləşməsi qərarını qəbul etməyi tələb edib. 

Onun fikrincə, seçkilərin nəticəsi az sayda seçici iştirakı ilə əldə olunub və federasiya planı qəbul edilməməlidir.   

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, yeni prezidentin mövqeyi tamam fərlidir:  

"Bəli, ŞKTR-də Prezident seçkilərində hazırkı Prezident Ersin Tatar məğlub olub, onun rəqibi - Cümhuriyyətçi Türk Partiyasının lideri Tufan Erhürman ciddi fərqlə qalib gəlib. Düzdür, iştirakçılıq zəif olsa da, o, iştirakçıların dəstəyini qazanıb.

Ümumiyyətlə, Tatar iki dövlət prinsipini dəstəkləyirdi: yəni Kipr Türk Respublikası və Yunan Kipr Respublikası ayrı-ayrılıqda mövcud olsun. Bu, rəsmi Ankaranın siyasi xəttinə uyğundur. Tufan Erhürman isə federasiya prinsipini dəstəkləyir ki, bu da MHP və rəsmi Ankaranın mövqeyinə uyğun gəlmir".

Politoloq onu da vurğulayıb ki, mövcud hökumətin gələcəkdə müəyyən problemlərlə üzləşmə ehtimalı var: 

"ŞKTR parlamenti həm qanunverici, həm də hökuməti formalaşdıran orqandır. Buna görə də Erhürman parlamentin mövqeyi və siyasi reallıq şəraitində fəaliyyət göstərməli olacaq. Bu baxımdan, gələcəkdə ciddi maraq toqquşması ola bilər".

Onun sözlərinə görə, mövcud vəziyyətdə Türkiyənin maraqları ön planda olmalıdır:

"Türkiyənin ŞKTR-də vəziyyəti daim diqqətdə saxlaması vacibdir və iki dövlət prinsipinin gücləndirilməsi Kiprdə türklərin maraqlarının qorunması və regionda Türkiyənin təsir imkanlarının saxlanması baxımından önəmlidir. Həmçinin parlamentdə Türkiyənin rəsmi siyasi xəttinə uyğun siyasi qüvvələrin qalması və güclənməsi həm ŞKTR-nin mövcudluğunu təmin edə, həm də Türkiyənin maraqlarının qorunmasına xidmət edə bilər.Tufan Erhürmanın federasiya yanaşması isə ŞKTR-də yaşayan türklərin maraqlarına və rəsmi Ankaranın siyasətinə ziddir. Buna görə də biz ümid edirik ki, parlamentin və rəsmi Ankaranın səyləri sayəsində ŞKTR-nin mövcudluğunun qorunması və güclənməsi mümkün olacaq". 

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Bütün Xəbərlər