Nepal qarışdı: Kimlər ibrət dərsi alacaq?

Nepal qarışdı: Kimlər ibrət dərsi alacaq?
10.09.2025 15:52 Təhlil

“Nepaldakı hadisələr bir daha göstərdi ki, xalqla məmurlar arasında yaranan dərin uçurum faciələrə gətirib çıxara bilər”.

Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

“Cəmiyyəti sakitləşdirmək mümkün olmadı”

O bildirib ki, Nepalda sosial mediaya qoyulan qadağalardan sonra gənclərin keçirdikləri kütləvi etiraz aksiyaları həm xarakter və məzmun baxımından dəyişib, həm də daha geniş miqyas alıb:

“Nepal dünyanın ən kasıb və inkişafdan qalmış ölkələrindən biridir. Beynəlxalq hesabatlara görə, əhalinin üçdə biri yoxsulluq içində yaşayır və adambaşına düşən ÜDM cəmi 240 dollardır. Nepalda rüşvətxorluq və korrupsiya, sərt və yarıtmaz idarəçilik cəmiyyətdə ciddi narazılıqlar doğurub. İnsanlarda məmurlara və dövləti idarə edənlərə qarşı nifrət hissi yaranıb. Uzun müddət hökm sürən mütləq monarxiyaya qarşı etirazlar müəyyən yumşalmalar və siyasi islahatlarla nəticələnsə də, bu, köklü problemləri həll etmədi və xalqın həyatına müsbət təsir göstərmədi.

Nəticədə, hakimiyyətin tətbiq etdiyi sosial media qadağası kütləvi etirazlara, iğtişaşlara və qarşıdurmalara səbəb oldu. Hökumət bu qadağaları aradan qaldırsa və güc tətbiq etsə də, cəmiyyəti sakitləşdirmək mümkün olmadı. Hadisələr bir daha göstərdi ki, xalqla məmurlar arasında yaranan dərin uçurum faciələrə gətirib çıxara bilər”.

“İbrət dərsi ola bilər”

Ekspert Nepalda baş verən hadisələrin regiona ciddi təsir göstərəcəyini düşünmür:

“Bu ölkə Çin və Hindistan kimi nəhənglərin arasında sıxılmış vəziyyətdədir. Yeni Dehli və Pekin baş verənlərdən narahat olmasalar da, digər rejimlər üçün bu hadisələr ibrət dərsi ola bilər”.

Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən “WhatsApp”, “Facebook” və “Instagram”, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsasən gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib. 

Bununla belə, paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edib və yandırıblar.

Sentyabrın 9-da Nepalın Baş naziri Şarma Oli ölkədəki kütləvi iğtişaşlar fonunda istefa verib.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Nepal qarışdı: Kimlər ibrət dərsi alacaq? — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Bütün Xəbərlər