İsrailin qondarma “soyqırımı” tanıması İranda bayrama çevrildi - Anti-Azərbaycan qüvvələri "onlayn"da

İsrailin qondarma “soyqırımı” tanıması İranda bayrama çevrildi - Anti-Azərbaycan qüvvələri "onlayn"da
28.06.2026 21:18 Təhlil

İsrail hökuməti iyunun 28-də 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyərək onu Knessetin müzakirəsinə göndərib. Layihə qanun qüvvəsi almaq üçün parlamentdə səsvermədən keçməlidir. Bu qərar layihəsi regionda, xüsusilə də İran, Türkiyə, Ermənistan və Azərbaycan arasında yeni siyasi müzakirələrə səbəb olub.

Qərarın məhz indiki vaxtda irəli sürülməsi təsadüfi deyil. Son aylarda İsrail–Türkiyə münasibətlərində, xüsusilə Suriya, Qəzza və regional təhlükəsizlik məsələlərinə görə ciddi gərginlik yaranıb. Buna görə də Ankarada bu addım Türkiyəyə siyasi mesaj kimi qəbul olunur.

Azərbaycan və Türkiyə uzun illərdir 1915-ci il hadisələrinin "soyqırımı" kimi hüquqi baxımdan tanınmasına qarşı vahid mövqe nümayiş etdirirlər. Ermənistan isə bu məsələnin beynəlxalq miqyasda tanınmasını xarici siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Qərar Ermənistanın mövqeyini gücləndirə, Azərbaycan və Türkiyə üçün isə yeni problemlər yarada bilər.

Bu qərardan İranda fəaliyyət göstərən anti-Azərbaycan dairələrinin də yararlanmağa çalışacağı gözləniləndir. Tehranın bəzi media orqanlarının və erməni təşkilatlarının İsrailin qərarından istifadə edərək Azərbaycanın mövqeyini hədəfə alacaqları da istisna olunmur. Xüsusilə də Qərb auditoriyasına ünvanlanaraq.

Digər tərəfdən, İran Ermənistanla siyasi yaxınlaşmasını əsaslandırmaq üçün də bu qərardan istifadə edəcək. Azərbaycanın İsraillə əməkdaşlığı “müttəfiqlər arasında fikir ayrılığı” kimi təqdim edilərək Bakıya qarşı təzyiq göstərməyə çalışılacağı da ehtimal olunur.

Bununla yanaşı, Azərbaycanın İsraillə münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır. Son illərdə iki ölkə arasında müdafiə sənayesi, enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində geniş əməkdaşlıq formalaşıb. Bu səbəbdən ekspertlər hesab edirlər ki, informasiya müharibəsinin güclənməsi mümkün olsa da, bunun strateji tərəfdaşlığı qısa müddətdə dəyişməsi real görünmür.

Xanım Musayeva

XƏBƏR LENTİ
28 IYUN 2026
Nurlan Paşayev "Amber Oars" beynəlxalq turnirində qızıl medal qazandı 22:37 Montella ilə bağlı qərar verildi: Dəyişikliklərə gediləcək 19:05 Cüdoçularımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşdi 22:23 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 17:28 Rusiyada yanacaq qəhətə çıxdı - vətəndaşlar bir-birini "yandırır - VİDEO 21:40 "Formula 1" Avstriya Qran-prisinin qalibi o oldu 18:59 ABŞ-İran danışıqları təxirə salındı 21:26 CHP-dən kütləvi istefa iddiasına cavab gəldi 18:57 İsrailin qondarma “soyqırımı” tanıması İranda bayrama çevrildi - Anti-Azərbaycan qüvvələri "onlayn"da 21:18 Putindən yanacaqla bağlı etiraf: Hər zaman tapmaq mümkün olmur 20:55 Livanın cənubunda silahlı toqquşma: İsrail zabiti öldürüldü 18:34 Superkompüter Dünya Kubokunun favoritini açıqladı 20:40 Putin partiya üzvlərinə: Kabinetlərdə və messencerlərdə az oturun 19:33 Netanyahu Ərdoğanın sözlərinə reaksiya verdi 20:30 Şamaxıda sel həyatı iflic etdi: Sakinlər çayı traktorla keçir - VİDEO 20:25 Silah anbarlarının tikintisində İranın təcrübəsindən istifadə edəcəklər 18:27 Qarabağdan və Suriyadan sonra Ukraynada rus tankları darmadağın edildi - İmperiyanın dəmir gücü oyuncağa döndü 20:14 ÜST rəhbəri Avropadakı istilərlə bağlı xəbərdarlıq etdi 18:12 İsrail qondarma "erməni soyqırımı"nı tanıdı, erməni Paşinyan dəliyə döndü - Bakı nə reaksiya verəcək? 19:58 Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı 19:57 ABŞ Ukrayna təcrübəsinə üz tutur: Ucuz raketlərin kütləvi istehsalına başlayır 19:47 Zelenski Hikmət Cavadı ordenlə təltif etdi 17:13 Həştərxanda qidadan zəhərlənənlərin sayı 23 nəfərə çatdı 16:50 Bakıda nazirliyin binası qarşısında bıçaqlanma: Saxlanılan var 15:16 Rusiya Zaporojyeni aviasiya bombası ilə vurdu: ölənlər və yaralılar var 18:55 Bütün Xəbərlər